Bu ölkə Ukrayna üçün qoşun göndərir
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Monteneqro Ukraynaya dəstək üçün Avropa Birliyi missiyası çərçivəsində qeyri-döyüş hərbi kontingenti göndərəcək.
Axar.az xəbər verir ki, bununla bağlı Monteneqro parlamenti qərar qəbul edib. Qərarı 81 yerlik parlamentdə 49 deputat dəstəkləyib, üçü bitərəf qalıb, qalan deputatların əksəriyyəti isə səsvermədə iştirak etməyib.
Qərara görə, Monteneqro ordusunun üzvləri Avropa Birliyinin Ukrayna üçün Hərbi Təlim Missiyasına (EUMAM Ukraine) qoşulacaq.
Müdafiə naziri Draqan Krapoviç deyib ki, Monteneqro qoşunları Ukrayna ərazisində yerləşdirilməyəcək, əksinə, AB missiyası çərçivəsində qeyri-döyüş rollarını yerinə yetirəcək.
Qeyd edək ki, EUMAM missiyası Ukrayna ordusunun ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü müdafiə etmək potensialını gücləndirmək məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 İyun 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















