Bu ölkə Ukraynada PUA zavodu açır Rusiya üçün qanuni hədəfə çevriləcək
Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Finlandiyanın “Summa Defence” hərbi şirkəti Ukrayna və NATO ölkələrinin Silahlı Qüvvələrini təchiz etmək üçün pilotsuz uçuş aparatları (PUA) istehsalı zavodu açacaq.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə “Summa Defence” hərbi şirkətin baş direktoru Jussi Holopainen bildirib.
“Dron texnologiyasına və istehsal gücünə tələbat yüksəkdir, PUA-lar təkcə Ukraynaya deyil, həm də Avropa İttifaqı və NATO ölkələrinə tədarük ediləcək”, - deyə bildirilib.
Yeni zavod "Summa Defence"in və bir neçə ukraynalı istehsalçının birgə layihəsi olacaq. Şirkət həmçinin dənizdə pilotsuz döyüş sistemləri yaratmaq niyyətindədir.
İstehsalın başlanması 2025-ci ilin birinci yarısına planlaşdırılır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Kiyev üçün silah istehsal edən istənilən ölkə Rusiya üçün qanuni hədəfə çevriləcək.
Məğrur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 28 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















