Bu, Rusiya biznesi üçün fəlakətə çevriləcək Ekspert
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Kremlə məxsus nüvə yanacağına və texnologiyalarına asılılığı daha çox və daha fəal şəkildə azaltmalıdır.
Axar.az xəbər verir ki, bunu "Greenpeace Ukrayna" təşkilatının nüvə energetikası üzrə eksperti Yan Vande Putte bildirib.
O, Rusiya işçilərinin "Pakş-2" adlı atom elektrik stansiyasının tikintisi üçün Macarıstana dəvət edilməsini misal gətirib:
“Avropa Komissiyası bunu təsdiqləyir. Almaniya isə görünür, “Siemens” şirkətinə bu layihədə iştirak üçün lisenziya verəcək. Əgər indi siyasi impuls varsa, biz bu əlaqələri qırmalı və Macarıstanın bu günkindən də çox Kremlin siyasi orbitinə düşməməsinə əmin olmalıyıq”, – deyə Putte bildirib.
Mütəxəssis etiraf edib ki, Kremlin mövqelərini zəiflətmək çətin olacaq, çünki bu gün Rusiya dünyanın əsas nüvə texnologiyaları ixracatçısıdır:
“Onların dünyadakı, xüsusilə də qlobal cənub ölkələrindəki imici çox yüksəkdir. Əgər onlar Ukraynada nüvə fəlakəti yaratsalar və bu, onların məsuliyyəti kimi qəbul olunsa, bu, “Rosatom”un dünya bazarındakı biznesi üçün fəlakətə çevriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Oktyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















