Icma.az
close
up
RU
Bu ölkə xəritədən silinir: İsrailin gizli planının detalları

Bu ölkə xəritədən silinir: İsrailin gizli planının detalları

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

İsrail ordusu Qəzza şəhərini tam nəzarətə götürmək üçün genişmiqyaslı quru əməliyyatına hazırlaşır. “Maariv” qəzetinin məlumatına görə, bu çərçivədə mərhələli şəkildə 60 minədək ehtiyat hərbçinin hərbi xidmətə çağırılması planlaşdırılır. İlkin mərhələdə isə 15 min hərbçidən ibarət 5 ehtiyat briqadası ordunun sıralarına cəlb ediləcək.

İsrailin Qəzzada quru əməliyyatı bölgədə münaqişənin daha da alovlanmasına səbəb olacaqmı?

Məsələ ilə bağlı danışan politoloq Zeynal Əmrəliyev News24.az-a açıqlamasında bildirib ki, İsrailin Qəzzada əməliyyat keçirməsinin əsas səbəbi həmin bölgəni tam şəkildə ələ keçirmək və gələcəkdə onu ilhaq etmək planıdır: 

“İsrail Qəzzanı ilhaq etmək istəyir və bu, Trampın planına uyğun şəkildə icra olunur. Xatırladaq ki, Tramp hakimiyyətə gəldikdən sonra Qəzzadan insanların köçürülməsi, ərazidə köhnə məhəllələrin sökülməsi və onların yerində müasir binaların tikilməsi ideyasını ortaya atmışdı. Ən təəccüblüsü isə odur ki, həmin yaşayış massivləri yerli fələstinlilər üçün deyil, məhz yəhudilər üçün nəzərdə tutulmuşdu. Bu da faktiki olaraq Fələstin torpaqlarının Tramp administrasiyasının dəstəyi ilə İsrailə verilməsi deməkdir”.

Politoloq hesab edir ki, İsrail hökumətinin hazırkı strategiyası təkcə Qəzzanı deyil, həm də İordan çayının sahillərini sıradan çıxarmaq və nəticədə gələcəkdə yaradılacaq Fələstin dövlətinin mövcudluğuna son qoymaqdır:

“Fələstin dövləti məhz iki əsas ərazi üzərində – İordan çayının sahili və Qəzza bölgəsi əsasında qurulmalı idi. Lakin hazırda İsrail həmin torpaqları tamamilə nəzarət altına alır. Netanyahu hökumətinin əsas məqsədi bu əraziləri zəbt etməklə Fələstin dövlətinin yaranmasına imkan verməməkdir”.

Zeynal Əmrəliyev əlavə edib ki, proses indiki templə davam edərsə və beynəlxalq birliklər, xüsusilə də BMT və böyük güclər bu məsələyə ciddi müdaxilə etməzsə, Fələstin dövlətinin yaradılması planı tamamilə iflasa uğraya bilər:

“Əgər beynəlxalq təşkilatlar və aparıcı dövlətlər İsrailin bu siyasətinə reaksiya göstərməsələr, nəticədə Fələstin xalqı öz dövlətini qurmaq imkanından məhrum olacaq. Bu isə təkcə Yaxın Şərqdə deyil, bütün regionda uzunmüddətli münaqişələrin dərinləşməsinə səbəb olacaq”.

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Sentyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri