Icma.az
close
up
RU
Böyük çay xəritədən SİLİNİR

Böyük çay xəritədən SİLİNİR

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropanın ən böyük çaylarından biri olan Dunayda su axınının kəskin azalması ciddi narahatlıq yaradıb. Çayın Rumıniya ərazisinə daxil olduğu hissədə su sərfi saniyədə 1 350 kubmetrə düşüb. Bu göstərici avqust ayının uzunmüddətli orta səviyyəsindən təxminən üç dəfə aşağıdır.

Bakıvaxtı.az xəbər verir ki, uzun müddətdir davam edən güclü istilər və yağıntı çatışmazlığı Dunayda suyun dayazlaşmasına səbəb olub. Çayın bəzi hissələrində suyun geri çəkilməsi nəticəsində qum adaları və əvvəllər görünməyən çay yataqları üzə çıxıb.

Mütəxəssislər qarşıdakı günlərdə su axınının saniyədə 1 300 kubmetrə qədər azalacağını proqnozlaşdırırlar. Alplardakı qar və buz ehtiyatlarının yüksək temperatur səbəbindən sürətlə əriməsi də çayın əsas su mənbələrindən birinin zəifləməsinə səbəb olub.

Suyun səviyyəsinin aşağı düşməsi nəqliyyata da təsir göstərir. Dayazlaşma Dunayda yük və sərnişin daşımalarını çətinləşdirir. Çayın dibində İkinci Dünya müharibəsindən qalan bəzi batmış gəmilər də onilliklər sonra yenidən üzə çıxıb.

Su qıtlığı enerji sektorunda da problemlər yaradır. Çaydakı su səviyyəsinin kritik həddə enməsi bəzi elektrik stansiyalarının soyutma və enerji istehsalı proseslərinə təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, ekstremal istilər, uzunmüddətli quraqlıq və qar-buz ehtiyatlarının azalması kimi amillərin eyni vaxtda baş verməsi Avropanın əsas su arteriyalarından biri olan Dunay üçün ciddi risklər yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Avqust 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri