Bu ölkədə bloqerlərə nəzarət sərtləşdirilir
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə İndoneziya KİV-ə və Avstraliya diplomatik xidmətlərinə istinadən məlumat yayılıb.
İndoneziya hökumətinin mövqeyinə görə, turist vizası kommersiya dəyəri olan fəaliyyətlə məşğul olmaq hüququ vermir. Bu anlayışa yalnız ödənişli reklamlar deyil, həmçinin hotellərdə pulsuz qalmaq, yemək, spa xidmətləri, ekskursiyalar və ya yerli bizneslərdən əldə edilən digər üstünlüklər müqabilində sosial şəbəkələrdə yayımlanan paylaşımlar da daxildir.
İndoneziya İmmiqrasiya Baş İdarəsi daha əvvəl də izah edib ki, mümkün pozuntular qiymətləndirilərkən yalnız pul ödənişləri deyil, həm də əcnəbinin ölkədə qalma məqsədi, fəaliyyətinin xarakteri və iqtisadi faydanın olub-olmaması nəzərə alınır. Bu zaman reklam xarakterli məzmun İndoneziyadan ayrıldıqdan sonra yayımlansa belə, qayda pozuntusu qeydə alına bilər.
İndoneziya İmmiqrasiya Xidmətinin məlumatına görə, cari ilin yanvarın 1-dən aprelin 12-dək Bali adasında miqrasiya qanunvericiliyini pozduqları üçün 165 əcnəbi deportasiya edilib, daha 62 nəfər saxlanılıb.
İndoneziya hökuməti bildirir ki, kommersiya məqsədilə hazırlanan və ya mal və xidmətlər müqabilində yaradılan istənilən məzmun artıq əmək fəaliyyəti kimi qiymətləndirilə bilər və iş vizası tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 12 İyul 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















