Bu ölkədə vətəndaşlıq şərtləri sərtləşdirilir
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Almaniyada vətəndaşlıq şərtlərinin sərtləşdirilməsi təklif olunur.
"Cebheinfo.az" xəbər verir ki, Almaniyada Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqı (CSU) tərəfindən vətəndaşlıq əldə etmək qaydalarının sərtləşdirilməsi ilə bağlı yeni təkliflər irəli sürülüb.
Təkliflər ölkədə vətəndaşlıq şərtlərinin yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.
Təklif olunan əsas dəyişikliklər vətəndaşlıq üçün tələb olunan minimum qanuni yaşayış müddətinin 5 ildən 8 ilə çatdırılması, alman dili biliyinin hazırda tələb olunan B1 səviyyəsinin B2 səviyyəsinə yüksəldilməsi, bir neçə ölkənin vətəndaşlığına sahib olmaq imkanının məhdudlaşdırılması və vətəndaşlıq üçün müraciət edən şəxslərin sosial yardımlardan asılı olmadan yaşayış xərclərini qarşılaya bilməsi ilə bağlı tələblərin sərtləşdirilməsidir.
Hələlik qanunvericilikdə dəyişiklik yoxdur.
Almaniyada hazırda qüvvədə olan ümumi qaydalara əsasən, vətəndaşlıq əldə etmək üçün 5 il qanuni yaşayış və ən azı B1 səviyyəsində alman dili biliyi tələb olunur. Eyni zamanda, ikili vətəndaşlığa da ümumi qaydada icazə verilir.
Almaniyanın Sosial Demokrat Partiyası (SPD) isə vətəndaşlıq qaydalarının yenidən sərtləşdirilməsi təşəbbüslərinə qarşı çıxır. Təkliflərin gələcəkdə siyasi müzakirələrdə hansı istiqamətdə inkişaf edəcəyi hələlik bəlli deyil.
Təbriz Mirzə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Noyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















