Bu ölkədə “deepfake” şəriətə zidd elan olundu
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstan Müsəlmanları Dini İdarəsi “deepfake” texnologiyasını şəriətə zidd elan edib.
“Qafqazinfo” xəbər verir ki, müvafiq fətva müftiliyin rəsmi saytında dərc olunub.
Fətvaya görə, bu texnologiya video və audio materiallarda insanın görünüşünü, yaxud səsini dəyişdirərək saxta kontent yaratmağa imkan verir.
Sənəddə qeyd olunur ki, İslam elmi və texnoloji tərəqqiyə qarşı çıxmır, lakin hər hansı yeniliklər cəmiyyətin rifahına, ədalətə və mənəvi dəyərlərə xidmət etməlidir. Bildirilib ki, texnologiyalar yalnız xeyirli məqsədlər üçün istifadə edildiyi halda yolverilən hesab olunur, zərərli məqsədlər üçün istifadə edildikdə isə qadağan edilir.
Din xadimləri qeyd ediblər ki, süni intellekt vasitəsilə yaradılan “deepfake”lər cəmiyyətdə nifaq yaratmaq və ictimai asayişi pozmaq iqtidarındadır. Onların fikrincə, bu cür materialların yayılması ölkənin birliyini sarsıda və cəmiyyətə ciddi zərər vura bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Yanvar 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















