Bu ölkədə ərzaq mağazalarında siqaretin satışını QADAĞAN EDİLDİ
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirliyi ölkə ərazisindəki köşklərdə və ərzaq mağazalarında tütün məmulatlarının satışını qadağan edib.
Milli.Az xəbər verir ki, bu qərar ərzaq təhlükəsizliyi standartlarının artırılması və ictimai sağlamlığın qorunması məqsədi daşıyır.
Qadağa bütün növ adi və elektron siqaretləri, qəlyan və digər tütün məhsullarını əhatə edir. Satış yalnız bu məhsullar üçün xüsusi lisenziyası olan yerlərə icazə veriləcək. Yeni qaydalara əsasən, tütün məhsulları yalnız qapalı şkaflarda saxlanmalı və 18 yaşdan kiçik şəxslərə satışı qəti şəkildə qadağandır.
Qaydalar həmçinin mağaza və köşklər üçün sahə, yerləşmə, avadanlıq və kommersiya dizaynına dair tələbləri də əhatə edir. Bu addım həm də şəhər estetikasının qorunması, ticarət fəaliyyətinin sistemləşdirilməsi və istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir.
Fidan
Milli.Az
Baxış sayı:121
Bu xəbər 17 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















