Bu ölkədə insanlar gündə ən azı bir dəfə gülməlidir: Qərar qəbul edildi
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaponiyanın Yamaqata prefektural parlamenti sakinləri "fiziki və ruhi sağlamlığı gücləndirmək" üçün gündə ən azı bir dəfə gülməyə təşviq edən qətnamə qəbul edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qanunun müəllifləri Yamaqata Universitetinin Tibb akültəsinin araşdırmasına istinad edərək, tez-tez gülən insanların erkən ölüm riskinin daha az olduğunu aşkar ediblər.
Yerli parlament də hər ayın səkkizinci gününü “sakinlərin gülüş vasitəsilə sağlamlıqlarını yaxşılaşdıra biləcəyi bir gün” elan edib və işəgötürənlərdən “iş yerində gülüşlə dolu bir atmosfer yaratmağı” istəyib.
Qətnaməni prefektura məclisinin bəzi deputatları tənqid edib. Onlar bəyan ediblər ki, “xəstəlik və ya digər səbəblərdən gülməkdə çətinlik çəkənlərin hüquqları pozulmamalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















