Qərar verildi COP31 bu ölkədə keçiriləcək
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gələn il keçiriləcək BMT-nin növbəti iqlim sammiti (COP31) üzrə ev sahibliyi məsələsində Türkiyə və Avstraliya arasında yaranmış gərginlik həllini tapıb.
Modern.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanes Braziliyada aparılan danışıqlar zamanı tərəflərin kompromis razılaşmaya yaxınlaşdığını açıqlayıb.
Razılaşmaya əsasən, COP31-in ev sahibi Türkiyə olacaq və tədbir Antalyada keçiriləcək. Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edən ölkə kimi çıxış edəcək.
Bundan əvvəl hər iki ölkə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüş və geri çəkilməkdən imtina etmişdi.
Albanes bildirib ki, əldə olunan razılaşma həm Türkiyə, həm də Avstraliya üçün “böyük uğurdur”. O əlavə edib ki, sammitdən əvvəl keçiriləcək pre-COP tədbiri Sakit Okean regionunda təşkil ediləcək.
Baxış sayı:41
Bu xəbər 20 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















