Bu ölkədə merin konvoyuna raket atdılar Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Filippinin Maquindanao del Sur əyalətində Şərif Aquak meri Akmad Mitra Ampatuanın konvoyuna silahlı hücum təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, hücum zamanı mer raketatıcı qurğu ilə (RPG) edilən hücumdan xəsarətsiz çıxsa da, maşın karvanındakı bir neçə təhlükəsizlik işçisi yaralanıb.
Hücum zamanı üç şübhəli öldürülüb.
Bildirilib ki, hücum bazar günü səhər saatlarında Brgy. Mother Poblacion küçəsində baş verib.
Şahidlərin məlumatına görə, silahlılar kiçik bir mikroavtobusdan çıxaraq, merin maşınına RPG ilə atəş açıblar. Raket nəqliyyat vasitəsinə dəysə də, karvan irəliləməyi bacarıb.
Merin təhlükəsizliyini təmin edən əməkdaşlar yaralanıb, lakin mer sağ-salamatdır. Hücumdan dərhal sonra polis və ordu genişmiqyaslı əməliyyat keçirərək, şübhəliləri təqib edib. Nəticədə üç hücumçu öldürülüb və hadisə ilə əlaqəli digər şəxslərin axtarışı davam edir.
Yerli hakimiyyət orqanları hücumun səbəbini açıqlamayıb, lakin bu, Ampatuana üçüncü sui-qəsd cəhdidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Yanvar 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















