Icma.az
close
up
RU
Bu ölkədə təyyarədə narkotik daşımağa icazə veriləcək

Bu ölkədə təyyarədə narkotik daşımağa icazə veriləcək

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da daxili aviareyslərdən istifadə edən sərnişinlərə tibbi məqsədlə təyin olunan marixuananı daşımağa icazə verilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qərar ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) yenilənmiş tövsiyələrindən sonra qüvvəyə minib.

Yeni qaydalara əsasən, yalnız həkim resepti ilə təyin edilmiş tibbi çətənəni həm əl yükündə, həm də qeydiyyatdan keçən baqajda daşınmasına icazə verilir.

Qaydaların yenilənməsi ABŞ prezidenti Donald Tramp administrasiyasının tibbi kannabisi I siyahıdan III siyahıya keçirməsi ilə əlaqələndirilir. Bununla belə, marixuana federal səviyyədə hələ də qanunsuz hesab olunur. Yeni status isə onun tibbi araşdırmalarda istifadəsinə imkan yaradır və tibbi marixuananın artıq leqallaşdırıldığı ABŞ-ın 40 ştatı və Kolumbiya dairəsinin qanunvericiliyinə uyğun gəlir. 

TSA qeyd edib ki, təhlükəsizlik əməkdaşları məqsədli şəkildə narkotik vasitələr axtarmırlar. Lakin yoxlama zamanı qanunsuz maddə və ya hüquq pozuntusu əlamətləri aşkarlanarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

Bununla yanaşı, yeni qaydalar yalnız tibbi məqsədlə istifadə olunan çətənəyə şamil edilir. Rekreasiya məqsədli marixuana istifadəsi bu siyahıya daxil deyil.

TSA həmçinin təyyarəyə hansı həcmdə tibbi çətənə aparılmasına icazə verildiyini dəqiqləşdirməyib. Hər bir halda yekun qərarı hava limanındakı təhlükəsizlik əməkdaşı verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 May 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri