Icma.az
close
up
RU
Bu ölkədə pulsuz yemək veriləcək

Bu ölkədə pulsuz yemək veriləcək

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Visit Finland" bu payız 16 xarici qonağı tam ödənişli kulinariya səyahətinə dəvət edir. Məqsəd fin mətbəxini dünya qastronomiya xəritəsində yeni ulduza çevirməkdir.
Demokrat.az
xəbər verir ki, bu barədə "Euronews" yazır.
Avropanın bir çox ölkəsi artıq öz mətbəxi ilə turistləri cəlb edir. Lakin fin mətbəxi hələ bu siyahıda o qədər də tanınmır və Finlandiya bunu dəyişmək istəyir.
“Visit Finland” milli qastronomiyanı tanıtmaq üçün 16 iştirakçı seçərək ölkənin ən yaxşı yeməklərini dadmağa dəvət edir. Turizm qurumu ümid edir ki, gələcəkdə “fin mətbəxi” İtaliya, Yunanıstan, İspaniya və Fransa kimi məşhur kulinariya brendləri ilə eyni səviyyədə tanınacaq.
Sentyabr ayında seçilənlər üçün Finlandiyanın müxtəlif bölgələrinin ən yaxşı dadlarını təqdim edən xüsusi dequstasiya menyuları hazırlanacaq.
Bundan əvvəl turizm agentliyi “dünyanın ən xoşbəxt ölkəsi” adlandırılan Finlandiya sakinləri arasında sorğu keçirərək, hansı yeməklərin ölkəni ən yaxşı təmsil etdiyini müəyyənləşdirib. Daha sonra bu menyuların hazırlanmasına ölkənin tanınmış aşpazları cəlb olunub.
Layihə çərçivəsində iki tədbir keçiriləcək: hərəsində 8 nəfər iştirakçı olacaq. Biri Sahil və Arxipelaq bölgəsində, digəri isə Laplandiyanın vəhşi təbiətində baş tutacaq.
Sahil və Arxipelaq bölgəsində menyunu aşpaz Erik Mansikka hazırlayacaq. Onun Turku şəhərindəki “Kaskis” restoranı 2022-ci ildə Helsinkidən kənarda ilk Michelin ulduzu alan restoran olub. Üç il sonra isə davamlılıq yanaşmasına görə “yaşıl Michelin ulduzu” ilə də təltif edilib.
Laplandiyada mətbəxə şef Coel Manninen rəhbərlik edəcək. O, Rovaniemi şəhərində yerləşən “Sky Kitchen and View” restoranının baş aşpazıdır. 2025-ci ildə Finlandiyanın gənc aşpazlar çempionu olub, 2026-cı ildə isə dünya gənc aşpazlar yarışında gümüş medal qazanıb.
İştirakçılar iki bölgədən birini seçə biləcək, qaliblər isə bütün xərcləri ödənilən 4 günlük səyahət əldə edəcəklər. Proqram zəngin marşrut, müxtəlif fəaliyyətlər və bol yeməklə yanaşı, xüsusi dequstasiya şam yeməyi ilə yekunlaşacaq.
İştirak etmək istəyənlərdən "TikTok" və ya "Instagram"da qısa video paylaşmaq və bir sualı cavablandırmaq tələb olunur: “Why do you want to Have Some Finnish?” Müraciətlər 18 mayda başlayıb və 9 iyuna qədər davam edəcək. Qaliblər 29 iyunda elan olunacaq.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri