Bu ölkələr işıqsız qaldı: fövqəladə vəziyyət...
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
16:15
İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
İspaniyanın böyük şəhərlərində - Madrid, Barselona, Sevilyada, eyni zamanda, Portuqaliyanın Lissabon və Portu şəhərlərində kritik infrastruktur fəaliyyətini dayandırıb.
İşıqforların işləməməsi ciddi tıxaclara səbəb olub, qatarlar dayanıb, hava limanları və metro fəaliyyətini tamamilə dayandırıb.
Madriddəki Barajas hava limanı hələ də işıqsızdır.
Fransa və Belçikanın bəzi bölgələrində elektrik enerjisi kəsintisi baş verib.
***
Elektrik enerjisinin kəsilməsi fonunda İspaniyada fövqəladə vəziyyət elan edilib.
Bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Baxış sayı:96
Bu xəbər 29 Aprel 2025 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















