Icma.az
close
up
RU
Bu ölkələr sürətlə borclanır

Bu ölkələr sürətlə borclanır

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Çin uzun illər ABŞ bazarında aparıcı rola malik olub. Ancaq 2000-ci illərdən başlayaraq, Ağ Evə rəhbərlik edənlər Amerika bazarını Çin mallarından qorumağa qərar veriblər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Çin məhsullarına vergi və gömrük qiymətləri artırılıb:

“Donald Trampın yenidən Ağ Evə gəlməsi Çin məhsullarına tətbiq edilən gömrük rüsumlarının artırılmasına səbəb olacaq. Pekin həmin günü gözləmədən iqtisadi sahədə müdafiə tədbirlərini gücləndirməyə qərar verib. Ümumiyyətlə, Pekin ABŞ bazarından asılılığını azaltmaq məqsədilə son 10-15 ildə məhsullarının ixracını şaxələndirməyə çalışır. 

Pekin diqqəti ərəb ölkələrinə və Afrika qitəsinə yönəldib. Bu sırada Balkan ölkələri də var. Çin Balkan ölkələrində müxtəlif layihələr reallaşdırır, yollar çəkir, körpülər tikir, limanları özəlləşdirir. Ancaq Çin bu bölgədə də çətinliklərlə üzləşib. Çinin maliyyələşdirdiyi layihələrin qeyri-şəffavlığı barədə müxtəlif iddialar var”. 

O bildirib ki, noyabrın əvvəllərində Serbiyanın Novı Sad şəhərində dəmir yolu vağzalında stansiya binasının tavanının çökməsi nəticəsində 14 nəfər həlak oldu, 3 nəfər ağır yaralandı:

“Bundan sonra Serbiyada hakimiyyətə qarşı etirazlar başladı. Polislə etirazçılar arasında toqquşmalar qeydə alındı, xəsarət alanlar və həbs edilənlər oldu. Məsələ burasındadır ki, tavanı çökən dəmir yol vağzalı Çinin “bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir.

Dəmir yolunun təmiri 3 il çəkmişdi, ancaq təmirdən sonra tavan çökdü. Serbiyanın dəmir yolu infrastrukturunun modernləşdirilməsində iştirak edən “China Railway International Co” və “China Communication Co” şirkətləri Novi Sad dəmir yolu stansiyasının tikintisində iştirak edib. 

Paytaxt Belqradı Novı Sad şəhəriylə birləşdirən dəmir yolundan Çin istehsalı sürət qatarları istifadə edir. Dəmir yolunun açılışında Serbiya Prezidenti Aleksandr Vuçiç də iştirak edib. Çin şirkətləri Belqraddan Avropanın digər şəhərlərinə istqamətlənən sürət qatarlarını təqdim edəcəklər”.  

E.Şahinoğlu əlavə edib ki, Serbiya Çin yatırımlarını cəlb edən yeganə Balkan ölkəsi deyil. Albaniya, Bosniya, Kosovo, Monteneqro və Şimali Makedoniya kimi ölkələr də müxtəlif layihələrin reallaşdırılması məqsədilə Çin yatırımlarını cəlb ediblər:

“Söhbət milyardlarla dollar yatırımlardan gedir. Balkan ölkələri sürətlə borclanırlar. Çin Balkan bölgəsinə 2013-2023-cü illərdə təxminən 122 layihəyə 32 milyard dollar sərmayə qoyub. Böyük gəlirlər əldə etməyən Balkan ölkələri üçün Çinin kreditlərini geri qaytarmaq asan olmayacaq. Bu həmin ölkələri Çindən asılı vəziyyətə salacaq”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Yanvar 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri