Bu ölkələrdə kişilər kipriklərini kəsirlər SƏBƏB
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə kişilər arasında kipriklərin qısaldılması ilə bağlı qeyri-adi gözəllik trendi yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, xüsusilə Mersin şəhərində bəzi bərbərlər müştərilərin tələbi ilə kiprikləri qayçı və ya maşınla qısaldırlar.
Trendin tərəfdarları uzun kipriklərin qadınsayağı görünüş yaratdığını, onları qısaltmağın isə daha sərt və “kişi” görünüş verdiyini düşünürlər. Sosial şəbəkələrdə yayılan videoların ardından bu praktikanın başqa ölkələrdəki bərbərxanalara da yayıldığı bildirilir.
Lakin oftalmoloqlar kipriklərin gözləri toz və digər yad hissəciklərdən qoruduğunu bildirərək onların kəsilməsini məsləhət görmürlər. Mütəxəssislərə görə, yanlış kəsim göz səthində qıcıqlanma və zədələnmə riski yarada bilər.
Qeyd edək ki, bəzi ekspertlər sosial şəbəkələrdəki videoların bir hissəsinin sadəcə diqqət cəlb etmək məqsədi daşıya biləcəyini bildirirlər.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 21 Sentyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















