Icma.az
close
up
RU
Bu ölkələrdə hüquq təhsili alanların diplomları tanınmır SƏBƏB

Bu ölkələrdə hüquq təhsili alanların diplomları tanınmır SƏBƏB

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Peşə tanınması imtahanında ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış “hüquqşünaslıq” ixtisasının ölkələr üzrə təhlili aparılıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) xəbərinə görə, uğursuz nəticə əldə edən diplom sahibləri iki ölkənin ali təhsil müəssisələrinin payına düşür.
Belə ki, “hüquqşünaslıq” ixtisası üzrə Rusiyanın ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 63% müvafiq imtahanda uğursuz olub.
Rusiya üzrə ən çox imtinanı Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Tolyatti Dövlət Universiteti, Dağıstan Dövlət Universiteti, Umumrusiya Dövlət Ədliyyə Universiteti, Saratov Dövlət Hüquq Akademiyası, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, T. Şevçenko adına Kiyev Milli Universiteti, Y. Mudrıy adına Milli Hüquq Universiteti və Milli Universiteti “Odessa Hüquq Akademiyası” alıb.
Bu ilin may ayında keçirilən imtahanla müqayisə etdikdə Rusiyanın ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət etmiş namizədlərin uğursuzluq göstəricisi 70%, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə peşə imtahanı üzrə uğursuzluq göstəricisi isə 63% təşkil edib.
“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin TKTA-nin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.
Oktyabrın 6-dakı imtahanda iştirak etmək üçün 305 nəfər namizəd qeydiyyatdan keçib və bunlardan 271 nəfəri imtahanda iştirak edib. 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 54% (148 nəfər) təşkil edib.
Məsələyə təhsil eksperti Elçin Əfəndi münasibət bildirərək diplom tanınmasının səbəblərini sadalayıb. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, hər bir ölkənin fərqli hüquq sistemi var və fərqli hüquq ixtisasları üzrə tədris aparılır: 
“Azərbayacan Respublikasının hüquq sistemi ilə digər ölkələrin hüquq sistemi arasında oxşar cəhətlər azdır, fərqli cəhətlər çoxdur. Yalnız beynəlxalq hüquq demək olar ki, əksər ölkələrdə eynidir. Beynəlxalq hüquq üzrə xaricdə təhsil alanların diplomları Azərbaycanda tanına bilər. Lain digər ölkələrin hüquq sistemi üzrə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı belə problemlər yaranır. Hüquq və tibb ixtisası üzrə diplomların tanınması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən kvalifikasiya imtahanı keçirilir. Diplomunun tanınmasından imtina edilən şəxslər həmin imtahanlarda iştirak etməklə diplomlarının tanınmasına nail ola bilərlər. 
Bəzi hallarda abituriyentlər Azərbaycandakı universitetlərdə hüquq ixtisasına qəbul ola bilmirlər. Başqa ölkələrdə hüquq üzrə ali təhsil almaq istəyirlər. Bu da, əsasən,  illeqal qəbul almaqla baş tutur. Bu zamansa qiyabi və ya distant təhsil tanınmır. Belə universitetlər dünya reytinqində yer almayan universitetlərdir. Bu da həmin universitetlərin diplomlarının tanınmasında problem yaradır. Yaxşı olar ki, abituriyentlər universitetləri araşdırsınlar, daha sonra düzgün seçim etsinlər”.
Törə Zeynallı
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:350
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri