Bu ölkələrdən olanların “Green card”ları yenidən yoxlanılacaq
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
ABŞ-də 19 ölkədən olan şəxslərə verilmiş bütün “Green card”lar yenidən yoxlanılacaq.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) direktoru Cozef Edlou açıqlayıb.
“ABŞ prezidentinin göstərişi ilə mən narahatlıq doğuran hər bir ölkədən olan əcnəbilərin “Green card”larının hərtərəfli, ciddi şəkildə yenidən nəzərdən keçirilməsini əmr etdim”, - Edlou qeyd edib.
O, söhbətin Ağ Ev rəhbərinin iyun ayında imzaladığı fərmanda adı sadalanan 19 ölkədən getdiyini açıqlayıb.
Qeyd edək ki, D.Trampın iyunun 4-də imzaladığı sərəncama əsasən, 12 ölkə (Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya) vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib, daha 7 ölkənin (Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan) sakinlərinə isə qismən məhdudiyyətlər tətbiq edilib.
Baxış sayı:15
Bu xəbər 28 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















