Icma.az
close
up
RU
Bu ölkənin Eurovision da iştirakı qadağan edilə bilər

Bu ölkənin Eurovision da iştirakı qadağan edilə bilər

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rumıniya milli seçim turunun qalibi Aleksandra Kepitenesku ölkəsini nüfuzlu mahnı müsabiqəsində təmsil etmək hüququndan məhrum edilə bilər.

Ölkə.az xəbər verir ki, buna səbəb hüquq müdafiəçilərinin və ekspertlərin "Choke Me" ("Məni boğ") kompozisiyasını təhlükəli seksual təcrübələrin romantikləşdirilməsində ittiham etmələri olub.

Əvvəllər "Rumıniyanın səsi" (The Voice Romania) şousunda qalib gələn Kepitenesku martın 8-də "Avroviziya"ya vəsiqə qazanıb. Onun nü-metal (nu-metal) üslubunda hazırlanmış nömrəsi provokasiya xarakterli mətnə malikdir: üç dəqiqəlik ifa zamanı "məni boğ" ifadəsi 30 dəfə təkrarlanır, həmçinin "ağciyərləri partlatmaq" istəyi və "nəfəs almağın çətin olması" barədə sətirlər mövcuddur.

Beynəlxalq fəallardan və ekspertlərdən ibarət qrup Avropa Yayım İttifaqına müraciət edərək ya milli seçimin nəticələrinin ləğv edilməsini, ya da müğənnini mətnini dəyişməyə məcbur etməyi tələb edib. Durham Universitetinin hüquq professoru Kler Maqqlinn mahnını gənc qadınların həyatı ilə oynayan və onların sağlamlığına qarşı narahatlıq doğuran etinasızlıq nümayiş etdirən "təhlükəli təcrübənin düşünülməmiş normallaşdırılması" adlandırıb.

Ötən il Boğulma ilə Mübarizə İnstitutu tərəfindən aparılan araşdırmalar göstərib ki, 35 yaşadək insanların yarısından çoxu qarşılıqlı razılıq əsasında intim münasibət zamanı boğulma ilə üzləşib, üstəlik onların təxminən üçdə biri səhvən bunun təhlükəsiz yollarının olduğunu düşünüb. Tibbi məlumatlar təsdiqləyir ki, bu növ təcrübələr beyin zədələri və psixoloji pozuntular da daxil olmaqla, uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.

Sənətçinin özü isə israr edir ki, onun mahnısı zorakılığa çağırış deyil, şübhələrdən və daxili təzyiqdən boğulan gənc yaradıcının emosional mübarizəsinin metaforasıdır. Lakin tənqidçilər, o cümlədən məşhur norveçli psixoloq və "ESC Norway" bloqeri hesab edirlər ki, müəlliflər bunun necə bir rezonans doğuracağını yaxşı anlayaraq, şüurlu şəkildə "hayp" mövzusundan istifadə edirlər.(publika)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Mart 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri