Icma.az
close
up
RU
Məktəbəqədər təhsil böyük əhəmiyyət daşıyır TƏHSİL EKSPERTİ

Məktəbəqədər təhsil böyük əhəmiyyət daşıyır TƏHSİL EKSPERTİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Ümumiyyətlə, hər bir sistemdə təməl çox vacibdir. Təməlin möhkəm olması həmin sistemin daha məqsədyönlü inkişafına xüsusilə kömək göstərir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, təhsil sistemində də təməl, əlbəttə ki, bağçalardan, məktəbəqədər təhsildən başlayır: "Ona görə də məktəbəqədər təhsilin fundamenti möhkəm atılmalıdır ki, gələcəkdə orta ümumi təhsil məktəblərində və digər təhsil müəssisələrində bu təməlin möhkəmliyi davam etsin.

Hesab edirəm ki, bizdə hazırda məktəbəqədər təhsil sistemində müəyyən dəyişikliklərin olması, valideyn–dövlət–özəl əməkdaşlığının formalaşması, bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması istiqamətində müəyyən qədər çatışmazlıqlar olsa da, müvafiq addımlar atılır.

Məsələn, ümumi diqqət yetirsək, hazırda məktəbəqədər yaşda olan uşaqların haradasa 60 faizə yaxını məktəbəqədər təhsilə cəlb olunub. Amma hələ də 40 faizinin cəlb olunmaması və bu 40 faizin də bir çoxunun könüllü olaraq, xüsusilə rayonlarda və kəndlərdə yaşayanların məktəbəqədər təhsilə cəlb olunmasında maraqlı olmaması özünü göstərir. Bir qisminin də müəyyən səbəblərdən ötrü məktəbəqədər təhsilə cəlb olunmaması öz əksini göstərir.

Amma ümumi olaraq 60–65 faiz ətrafında məktəbəqədər yaşda olan uşaqların təhsilə cəlb olunması, əlbəttə ki, aşağı göstərici kimi qiymətləndirilmir. Normal göstərici kimi qiymətləndirilir və bu istiqamətdə də təşəbbüslər davam etdirilir. Artıq yeni məktəbəqədər təhsil müəssisələrinin açılması, bu istiqamətdə maarifləndirmə işlərinin görülməsi və həmin yaşda olan uşaqların məktəbəqədər təhsilə cəlb olunması ən böyük hədəflərdən biridir.

Biz beynəlxalq təcrübəyə baxdığımız zaman bu da öz əksini tapır. Beynəlxalq təcrübədə xüsusilə əmək fəaliyyəti göstərən valideynlərin övladlarının məktəbəqədər təhsilə, bağçaya qeydiyyatı və sonrakı mərhələdə ibtidai sinfə daha hazırlıqlı formada getməsinin təmin edilməsi rahat şəkildə müşahidə olunur.

Bizdə də belədir. Məktəbəqədər yaşda olan uşaqların, xüsusilə orta məktəbin ibtidai sinfinə başlayarkən, digərlərindən nisbətən daha fəal və aktiv olması öz əksini tapır. Yəni məktəbəqədər təhsil alan uşaqlar ibtidai sinfə başladıqda digərlərindən daha aktiv, daha perspektivli olur və tədris mühitinə daha rahat uyğunlaşır. Bu da istər-istəməz həm valideynlərin, həm də bu istiqamətdə maraqlı olanların diqqətini daha çox cəlb edir.

Hesab edirəm ki, məktəbəqədər təhsil müəssisələrində təlim və tədris prosesinin proqrama uyğun həyata keçirilməsi, tədris prosesi ilə yanaşı tərbiyə prosesinin və tərbiyə mühitinin formalaşdırılması azyaşlıların gələcək həyatına da müəyyən qədər müsbət təsir göstərir. Çünki beynin inkişaf etdiyi dövrdə həm təlim prosesi, həm də tərbiyə metodlarının aşılanması uşağın gələcək perspektivinə, həyatına, milli-mənəvi dəyərlərinə və vətənpərvərlik ruhuna müsbət təsir göstərir.

Ona görə də hər bir valideynin öz övladını məktəbəqədər yaşa çatdığı zaman məktəbəqədər təhsilə yönləndirməsi arzuolunandır.

Hazırda məktəbəqədər təhsil sistemində, xüsusilə də özəl məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsi və inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Valideyn–dövlət–özəl əməkdaşlığı Baş nazir Əli Əsədov tərəfindən də müvafiq qərarla təsdiqlənib və öz əksini tapıb.

Artıq özəl məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin nəzarətində yeni layihəyə qoşulmaq üçün elektron müraciət edəcəklər. Müraciət təsdiqləndikdən sonra həmin layihənin iştirakçısı olacaqlar və layihə çərçivəsində özəl məktəbəqədər təhsil müəssisəsinin ödənişinin 70 faizi dövlət tərəfindən həyata keçiriləcək.

Burada da müəyyən standartlar var. Yəni Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan artıq olmamaq şərti ilə özəl məktəbəqədər təhsil müəssisələri bu şərtləri qəbul edib təsdiqlədikdən sonra layihənin iştirakçısı olacaqlar və dövlət tərəfindən maliyyə dəstəyi alaraq uşaqların məktəbəqədər təhsilinə töhfə vermiş olacaqlar.

Bu layihə Avropada da çox müsbət qarşılanıb. Təhsili inkişaf etmiş dövlətlərdə məktəbəqədər yaşda olan uşaqlara dövlət tərəfindən verilən maliyyə dəstəyi Azərbaycanda da artıq öz əksini tapacaq. Bu, çox böyük və gözəl təşəbbüsdür.

Məktəbəqədər təhsil müəssisələrinin sayının artması, özəl–dövlət əməkdaşlığı, valideynlərin bu layihə çərçivəsində məktəbəqədər təhsil müəssisələrində iştirakçı kimi fəaliyyət göstərməsi, layihəyə cəlb olunması, müəyyən təlimlərin, seminarların keçirilməsi və idarəetmədə yeni təşəbbüslərin olması da öz əksini tapacaq.

Hesab edirəm ki, bu layihənin genişləndirilməsi həm valideynlərin öz övladlarının məktəbəqədər təhsil müəssisələrində oxumasına əlçatanlığı artıracaq, həm də özəl məktəbəqədər təhsil müəssisələrində süni qiymət artımının qarşısını alacaq. Çünki elə özəl bağçalar var idi ki, burada təhsil haqqı təxminən 1000 manat idi. Amma bu layihəyə qoşulmaq üçün həmin bağçalar təhsil haqlarını dövlətin müəyyən etdiyi qaydalara uyğunlaşdırmalı olacaqlar ki, maliyyə dəstəyini ala bilsinlər.

Bu da layihədə iştirak etmək və övladını özəl məktəbəqədər təhsil müəssisəsində oxutmaq istəyən valideynlər üçün daha əlverişli və əlçatan olacaq. Beləliklə, bir çox valideyn artıq yüksək qiymətlərlə deyil, dövlətin müəyyən etdiyi standartlara uyğun şəkildə öz övladlarının təhsilini özəl məktəbəqədər təhsil müəssisələrində davam etdirə biləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see273

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see243

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see230

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see229

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see227

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see226

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see222

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see217

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see213

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see208

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see198

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see195

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see183

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see181

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see181

Qobustanda yeni avtomobil körpüsü tikildi

27 İyul 2026 21:02see178

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see177

“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib

27 İyul 2026 16:40see175

Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!

27 İyul 2026 20:44see174

Anqolalı vinger “İmişli”də

27 İyul 2026 22:21see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri