Icma.az
close
up
RU
Bu oyunu qəzaya düşən PFL prezidenti idarə etdi Fotolar

Bu oyunu qəzaya düşən PFL prezidenti idarə etdi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Futzal üzrə Azərbaycan Kubokunun finalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və PFL komandaları üz-üzə gəlib.

Həlledici görüşdə PFL “Araz-Naxçıvan”ı 7:1 hesabı ilə məğlub edib.

Matçda PFL komandasına məşqçiliyi qurumun prezidenti Elxan Səmədov edib. O, oyunla bağlı fikirlərini söyləyib: “Həyatımın ən gözəl anlarından birini yaşayıram. Öncə də demişdim ki, “Araz Naxçıvan”la oynamaq artıq fəxrdir. Çox çalışmışdıq və bəxt də bizim tərəfimizdə oldu. “Araz-Naxçıvan”da legionerlərin olmaması və zədəlilərin çoxluğu qüvvələrin nisbətini bərabərləşdirdi. Yoxsa qalib gəlmək mümkün olmazdı. Həmişə demişəm ki, Azərbaycanda futzal çox sevilir.

Burada da federasiya prezidenti Zaur Axundovun əməyi danılmazdır. Oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşduq. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Futbol mənim tək işim deyil, həyatımdır. Bu gün çox xoşbəxtəm. Diqqət göstərən, təbrik edən hər kəsə həm öz, həm də komandam adından sonsuz təşəkkür edirəm”.

Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan “Qarabağ” – MOİK matçının təşkilati işləri ilə əlaqədar Xankəndiyə səfər edərkən PFL-in rəhbər heyətinin yer aldığı avtomobil Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində qəzaya uğramışdı.

Bu hadisəyə qədər E.Səmədov PFL-in komandasında oynayan məşqçi funksiyasını daşıyırdı. Qəzadan sonra bərpa prosesi hələ də davam edən qurumun prezidenti hazırkı durumuna baxmayaraq ehtiyat oyunçular skamyasında yer almaqla komandaya rəhbərlik edib.

Kubok finalından görüntüləri təqdim edirik:

Fotolar: Xəyal Vəlizadə 











Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri