Bu, özümüzlə üzləşməkdən daha asandır
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir. Məhz o zaman uzun müddət özümüzdən uzaq tutduğumuz bir sualla üz-üzə qalırıq: “Mən əslində nə üçün yaşayıram?” Bəlkə də bu, yolun sonu deyil. Sadəcə, həyatımızın bir mərhələsi başa çatır və yenisi başlayır. Əvvəlki səfərin biletləri artıq keçərli deyil. Həyat sizi köhnə qaydaların işləmədiyi, tamam fərqli bir səyahətə dəvət edir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev sosial media hesabında yazıb. İfaçı həyatla bağlı fikirlərini belə ifadə edib:
"Artıq əsas məsələ nələrə nail olmağınız deyil, özünüzə nə dərəcədə yaxın olmağınızdır. Bəzən həyatınızda yeni bir səhifə açmaq üçün əvvəlki səhifənin sizə verdiyi mənadan vaz keçməlisiniz. İnsan, demək olar ki, hər şeyə uyğunlaşa bilir. Hətta əslində xoşbəxt olmadığı bir həyata belə...
Hisslərimizi susdurmağı, qərarlarımıza bəraət qazandırmağı öyrənirik. Zaman keçdikcə özümüzdən nə qədər uzaqlaşdığımızı belə hiss etmirik. Mənə elə gəlir ki, həqiqi sevgiyə və daxili dərinliyə aparan yol ilk növbədə özünü dərk etməkdən, öz daxili dünyana dürüstlüklə nəzər salmaqdan başlayır. Amma bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir. Çünki özünü tanımaq yalnız işıqlı tərəflərini deyil, qorxularını, zəifliklərini və illərdir üzləşməkdən qaçdığın həqiqətləri də qəbul etməyi tələb edir. Bəlkə də elə buna görə hər kəs öz daxilinə bu qədər dərindən enməyə cəsarət etmir. Axı ətrafımızdakı dünyanı tanımaq, bir gün cəsarət toplayıb özümüzlə həqiqətən üzləşməkdən daha asandır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 17 Oktyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















