Icma.az
close
up
RU
Öz özümüzlə danışmaq və ya daxili nitq

Öz özümüzlə danışmaq və ya daxili nitq

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə, daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində, “Daxili nitqi” artıran səbəblər çoxdur. [IMG_256] Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloq həmçinin qeyd edib ki, əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır. Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar. Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yorana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də “obsessiya” dediyimiz yəni bir düşüncədə ilişib qalma və o düşüncədən uzaqlaşmaqda ciddi şəkildə əziyyət çəkmə problemi yaranır. Bu hallar bir müddət sonra o insanlarda ciddi xəstəliklərə qədər gedib çıxa bilir. Əgər bizim beynimizdən gün ərzində bu qədər çox fikir keçsə və biz hər düşüncəyə bu qədər ilişib qalsaq, onda beynimiz çox tez yorular və təslim olar ki, bu da ağır əsəb-sinir problemlərinə gətirib çıxarar.
Rsixoloqun fikrincə, əsasən hobbiləri, işi və məşğuliyyəti daha az olan insanlarda daxili nitq hədsiz artır. Müqayisə etsək anlayarıq ki, beyni daha çox işlə məşğul olan insanın “boş-boş” fikirləri təhlil etməyə zamanı daha az olur. Bu tip insanlar daha səbirli və daha sakit həyat yaşayırlar: “Əslində, onların da özlərinə görə problemləri var, sadəcə, olan hadisələri olduğu kimi qəbul edir, insanları olduğu kimi qəbul edib dəyişməməyə daha çox qəbullanmağa çalışırlar. Və əlbəttə ki, o zaman problemi aradan qaldırmaq da asan olur. Orqanlarımızın içərisində beyin ən çox işləməyi sevən orqandır. Əgər beynimiz bekar qalırsa, özünə məşğuliyyət axtarır və siz də beyinə heç bir məşğuliyyət vermirsinizsə, beyin dəyirman daşı kimi özünü üyütməyə çalışır. Nəticə etibarilə ağır nevroz və sayrışan nevroz başlayır. Artıq beyinə istənilmədən belə daxil olan və qovmaqda çətinlik çəkdiyiniz fikirlərin sayı gün-gündən artır və dözülməz hala gəlir. Gün ərzində aktivlik artan kimi daxili nitq və neqativ düşüncələrin sayı sürətlə enir. Əslində, problemi başladan da, bitirən də elə siz özünüz olacaqsınız. Beyninizi lazımsız fikir və yükləmələrdən azad edib, fəaliyyət dairənizi, məşğuliyyət və hobbilərinizi artırsanız, lazımsız və boş fikirlərin yerinə beyində daha canlı və pozitiv fikirlərin sayı artar. Ümumiyyətlə, terapevtik məsləhətlərdən biri stres və stresi yaradan səbəblərin azaldılması və fəaliyyət əhatəsinin genişləndirilməsidir”, - deyə Y.Əsgərova qeyd edib.

AfətTahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri