Icma.az
close
up
RU
“Bu panika İranda iqtisadi narazılığı siyasi narazılığa çevirir...”

“Bu panika İranda iqtisadi narazılığı siyasi narazılığa çevirir...”

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İranda son günlərdə baş verənlərin başlanğıc nöqtəsi valyuta şokudur. Rialın sürətli dəyər itirməsi qiymətləri dərhal qaldırır, alıcılıq qabiliyyətini öldürür və bazarda psixoloji panika yaradır. Bu panika isə iqtisadi narazılığı siyasi narazılığa çevirir. İnflyasiya isə artıq statistik göstəricidən gündəlik yaşayışın ölçüsünə çevrilib. Əsas çörək, ərzaq, gündəlik xərclər insanların hiss etdiyi real inflyasiyanı daha yüksəldir. Qara bazarda dollar məzənnəsi hökumətin manipulyasiya edə bilmədiyi canlı indikator kimi işləyir. Rəsmi inflyasiya ilə real hiss edilən inflyasiya arasındakı fərq böhranın yüksəldir”. 

Adalet.az  xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, valyuta bazarına müdaxilə psixoloji böhran hissini boğmağa və inflyasiyanı yavaşıtmağa hesablansa da, sərt sanksiya şəraitində bu balans davamlı qoruna bilmir:

“Hakimiyyətin iqtisadi manevr sahəsi hər gün daralır. Sanksiya təzyiqi, 12 günlük müharibə sonrası zədələnmə, büdcə sıxıntısı, subsidiyaların sızma və korrupsiya kanalları eyni anda işləyir. Üstəlik enerji və su çatışmazlığı sənaye istehsalını dayandırır. Bu isə inflyasiyanı təkcə tələb yox, həm də təklif tərəfdən də böyüdür. Belə şəraitdə iqtisadi tədbir görmək zərurətdir, amma hər tədbirin öz riski var. Hökumət etirazı söndürmək üçün iqtisadi addımlar atmağa məcbur olur. Lakin həmin addımların özü yeni qiymət dalğası yarada bilər. Subsidiyaların mexanizmi dəyişəndə sistemin bir hissəsində korrupsiya azalır, digər hissəsində qısamüddətli bahalaşma riski artır. Maaş artımı, ƏDV endirimi, əsas mallar üçün subsidiyalı valyuta, çörək və təqaüd xərcləri kimi büdcə paketləri sosial amortizator rolunu oynayır”. 

İqtisadçı deyib ki, amma bu paketlər fiskal riskləri də böyüdür: 

“İnternetin və telefon xətlərinin kəsilməsi isə ikiqat iqtisadi zərbədir. Bir tərəfdən etirazların koordinasiyasını zəiflətmək üçün siyasi alət olsa da, digər tərəfdən iqtisadi dövriyyəni dondurur. Xidmət sektoru, logistika, maliyyə tranzaksiyaları, məlumat axını kəsiləndə bazarın normal işləmə qabiliyyəti pozulur. Uçuşların ləğvi kimi detallar da daxildə ticarət dövriyyəsinin, xaricdə isə sığorta və daşınma risk qiymətləndirməsinin sərtləşdiyini göstərir. Paralel olaraq ölənlərin və həbs dalğasının artması riskin dərəcəsini yüksəldən indikatordır. Yəni ölüm və həbs siyasi gözləntilərlə paralel, iqtisadi gözləntiləri də sərtləşdirir. Makro səviyyədə ən mühüm işarələrdən biri proqnozların dəyişməsidir. Artım gözləntilərinin daralmaya çevrilməsi o deməkdir ki, şok artıq yalnız küçədə və bazarda deyil, makro göstəricilərin özündə də oturub. İnvestor üçün bu riskin müvəqqəti olmadığını deyən siqnaldır. Belə yerdə əsas problem sabahın qeyri-müəyyənliyidir. Hadisələrin neft qiymətlərinə təsirinə gəlincə, neft bazarı həm aşağı, həm yuxarı istiqamətdə işləyə bilər”.

E.Əmirov bildirib ki, İranın hasilat və ixrac miqyası Venesueladan böyük olduğuna görə siyasi yumşalma olarsa, sanksiyaların zəifləməsi və investisiya axını nəticəsində təklif artımı (neft satışı) mümkündür: 

“Amma xaos dərinləşərsə, region sabitliyi və nəqliyyat təhlükəsizliyi riskləri qiyməti sıçrada bilər. Buna görə də belə hadisələr həm təklif artımı ümidini, həm də azalma qorxusunu eyni vaxtda yaradır. Digər diqqət cəlb etməli istiqamətlərdən biri Hörmüz boğazıdır. Oradan gündə təxminən 20 milyon barel neft keçir. Bu isə qlobal istehlakın 1/5-nə bərabərdir. LNG ticarətinin də əhəmiyyətli hissəsi həmin boğazdan keçir. Alternativ marşrutlari isə məhduddur, yəni risk yüksələn kimi daşınma və sığorta xərci dərhal artır və bu xərc qiymətə risk kimi oturur. Bu istiqamətdə həssas olan isə daha çox Asiya bazarlarıdır. Çünki əsas axın istiqaməti elə oradır.Buna görə də bahalaşma üçün Hörmüzün bağlanması şərt deyil. Hər zaman qeyd etdiyim kimi müasir dünyada proqnozlar və ehtimallar qiymətlərə tələb-təklifdən daha çox təsir göstərir. Çünki, bazar artıq çox vaxt bağlanma ehtimalının özünü qiymətə yazır. Gərginlik uzandıqca qlobal iqtisadi nəticə tək enerji qiyməti ilə məhdudlaşmır, logistika və tədarük zənciri xərcləri üzərindən inflyasiyaya da çevrilir.Əlqərəz, İran məsələsinin iqtisadi özəlliyi odur ki, daxildə valyuta və yaşayış xərci böhranı, xaricdə isə risk faktorları və Hörmüz kanalı eyni anda işləyir”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Yanvar 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri