Icma.az
close
up
RU
Huven: Trampın planı böhranı iqtisadi münaqişəyə çevirir

Huven: Trampın planı böhranı iqtisadi münaqişəyə çevirir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Ukrayna probleminin həlli ilə bağlı siyasəti geosiyasi böhranı iqtisadi münaqişəyə çevirir.

Bizimyol.info xəbər verir ki, bu fikri Lançjou Universitetinin (Şimal-Qərbi Çin) Mərkəzi Asiya Araşdırmaları İnstitutunun dosenti Sun Huven bildirib.

“ABŞ-ın Ukrayna ilə bağlı sərt mövqeyi Trampın “Öncə Amerika” məntiqini əks etdirir. O, Ukraynaya resurs yataqları kimi baxır və geosiyasi münaqişəni iqtisadi münaqişəyə çevirir”, - deyə "Global Times" qəzeti ekspertin sözlərindən sitat gətirib.

Sun Huven bildirib ki, Amerika liderinin “ABŞ-ın yardımı müqabilində Ukraynanın nadir mədən ehtiyatları” ilə bağlı təklif etdiyi sövdələşmə əslində Ukrayna tərəfinin suverenliyini pozacaq. Lakin Kiyev bu təklifi rədd edərsə, ABŞ-ın dəstəyini zəiflətmək üçün əsas olacaq.

Dosent qeyd edib ki, Rusiya-Amerika danışıqlarının növbəti raundunda çox güman ki, “komromis sahələri” müzakirə olunacaq. Ekspert qeyd edib ki, Rusiya məsləhətləşmələr zamanı ABŞ və NATO-dan Ukraynaya hərbi yardımın azaldılmasını tələb edəcək. O hesab edir ki, ABŞ Yaxın Şərq və enerji məsələlərində Rusiyadan güzəşt istəyə bilər.

Çin nəşri həmçinin Çin Xarici Əlaqələr Universitetinin professoru Li Haydonqun məsələyə münasibətini öyrənib. Onun fikrincə, Moskva və Vaşinqton arasında danışıqlar Rusiya prezidenti Vladimir Putin və Tramp arasında görüş üçün zəmin hazırlamaq məqsədi daşıya bilər. Politoloq hesab edir ki, bu sammitin Ukrayna böhranının həllinə ciddi təsir edib-etməyəcəyini proqnozlaşdırmaq hələ tezdir.

Li Haydonq ABŞ-ın hazırkı administrasiyasının Rusiya ilə yaxınlaşmaq istəyinin dayanıqlı olacağına, əsasən, “ABŞ-da Rusiyaya qarşı düşmənçilik hissləri” ilə bağlı şübhələrini ifadə edib. “Trampın Ukrayna problemini idarə etmə tərzi ipdə gəzməyə bənzəyir: o, tarazlığını saxlaya bilməsə, bunun fəlakətli nəticələri ola bilər”, - deyə professor əlavə edib.

Bundan əvvəl Ağ Ev Kiyevin Amerika tərəfinə hərbi yardıma görə kompensasiya ödəyəcəyi saziş təklif etmişdi. Sazişin son layihə mətninə əsasən, Ukrayna təbii ehtiyatlardan və liman infrastrukturundan əldə etdiyi dövlət gəlirlərinin 50%-ni onun ölçüsü 500 milyard dollara çatana qədər ABŞ-ın yeni hökumət investisiya fonduna köçürməlidir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri