Icma.az
close
up
RU
Bu problem varsa, ictimaiyyətə məlumat verilməlidir Tural Abbaslı

Bu problem varsa, ictimaiyyətə məlumat verilməlidir Tural Abbaslı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdən çıxış zamanı deyib ki, quru sərhədlər açılsa, Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqın ölkəmizə axın edə bilər. Deputatın fikrincə, həmçinin İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq istəyən 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. 

Ukrayna ilə birbaşa sərhədimiz yoxdur, amma İrana hücum olarsa, quru və su sərhədlərimizi iranlı qaçqınlardan qoruya biləcəyikmi? 

Globalinfo.az-a danışan AĞ partiya başqanı Tural Abbaslı deyib ki, 21-ci əsrdə sərhədlərin bağlı qalmasının ehtimal təhlükənin qarşısını aldığını düşünmür:

“Ümumiyyətlə, sərhədlərin tam bağlı olduğunu demək düz deyil. Çünki COP29 zamanı ölkəmizə 70 mindən çox insan gəldi. Sərhədlər tam bağlı olsaydı, bu qədər insan gəlib-gedə bilməzdi”.

T.Abbaslı sərhədlərin bağlı qalmasının müharibə ilə əlaqəli olmadığı qənaətindədir:

“Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqın ölkəmizə təyyarə ilə də gələ bilər. Deməli, məsələ heç də qonşu ölkələrdə müharibənin olması, miqrant axını deyil. Ümumiyyətlə, real müharibə hazırda sadəcə Ukraynadadır. İran və digər ölkələrdə müharibə yoxdur ki, miqrant problemi ilə üzləşək.

Ukrayna müharibəsindən qaçan insanlar daha çox Avropaya, ABŞ-a üz tuturlar. Azərbaycana gəlsələr belə, axının qarşısını sərhədləri bağlı saxlamaqla almaq olmaz.

Bu gün nə Ukrayna, nə Rusiya, nə İran, nə də İsrail sərhədlərini bağlayıb. Yəni məsələnin miqrant problemi olduğunu düşünmürəm. Əgər başqa bir səbəb varsa, bu, hansısa formada ictimaiyyətə deyilməlidir”.

Turan Rzayev 

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see366

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see346

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see286

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see269

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see266

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see265

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see256

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see249

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see244

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see232

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see222

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see217

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see211

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see210

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see209

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see206

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see204

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see197

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see197

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri