Bu problemin həllinə nail olmaq üçün parlamentin fəaliyyətini gücləndirməyə çalışırıq Baş katib
Icma.az bildirir, Teleqraf.com-ə istinadən Bu problemin həllinə nail olmaq üçün parlamentin fəaliyyətini gücləndirməyə çalışırıq Baş katib.
İqlim dəyişmələrinə qarşı mübarizə aparmaq və bu problemin həllinə nail olmaq üçün parlamentin fəaliyyətini gücləndirməyə çalışırıq.
Teleqraf.com xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Bakıda COP29 Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O aparılan müzakirələrə, iqlim fəaliyyətinə sadiq olduqlarını bildirib: “Biz sizin gətirdiyiniz anlayışın dərinliyini qəbul edirik. Bununla yanaşı, iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq və həllinə nail olmaq üçün parlamentin imkanlarını və fəaliyyətini gücləndirməyə çalışırıq. Biz bunun üçün birlikdə işləyirik".
Baş katibin sözlərinə görə, iqlim böhranı kontekstində həm ətraf mühiti, həm də gələcək nəsillərin rifahını qoruyan siyasi xətt tutulmalıdır.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)