Bu proses duran deyil Qarabağ dan gedənlər, getmək istəyənlər...
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Təxminən 13 milyon manat qarşılığında "Seltik"ə keçən Kamilo Duran "Qarabağ" tarixinin ən bahalı satışı olub. Son illərdəki çıxışıyla Avropa klublarının diqqətini çəkən Azərbaycan təmsilçisi bu mənada da ciddi qəbul olunmağa başlayıb və belə görünür ki, qarşıdakı illərdə "Qarabağ"ın qapısını döyənlər çox olacaq.
Qurban Qurbanov hələ ötən mövsümün gedişində deyirdi ki, komandanın əksər üzvlərinə xaricdən təkliflər var. Bu transfer pəncərəsində əvvəlcə Leandro Andrade, ardınca da Kamilo Duranı satdılar. İki futbolçuya görə təxminən 20 milyon manat qazanc əldə etdilər. Elvin Cəfərquliyevin gedişi hələ də gündəmdədir. Deyəsən, Montieli də satmağa hazırdılar.
İspan futbolçunun təklifləri var idi. Lakin Qurban Qurbanov onu saxlamaq qərarı vermişdi. Belə görünür ki, getməyi ağlına qoyan Montiel hər şeyə ağız büzməyə başlayıb. Gah şəraitdən gileylənib, gah da düzəndən. Nəticədə kollektivdən kənarda qalıb.
Əslində, Yankoviçlə Bikalyo da getmək istəyirdi. Amma Qurban Qurbanov hamını birdən buraxa bilməz ki... Zatən baş verənlərdən belə görünür ki, "Qarabağ" "qan dəyişikliyi"nə gedib. Yeni gələnlər uyğunlaşınca, köhnələrlə bir-bir, mərhələli şəkildə vidalaşacaqlar. Bu proses Duranla duran deyil.
Bir tərəfdən yaxşıdır ki, "Qarabağ" oyunçu satışından ciddi pullar qazanmağa başlayıb. O biri tərəfdən pisdir ki, yolun ortasında çıxıb getmək istəyənlər komandanı pis vəziyyətdə qoyur. Amma reallıq odur ki, "Qarabağ" artıq yeni düzənə uyğunlaşmalıdır. Bu klub hər il 2-3 futbolçu satışı edəcək qədər böyüyüb.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:214
Bu xəbər 19 İyul 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















