Icma.az
close
up
RU
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” Deputat

“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” Deputat

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Rusiyada baş verən son hadisələr onu göstərir ki, bu ölkədə milli və dini mənsubiyyətə görə insanlar üzərində sistemli təqib və basqılar artıq təsadüfi deyil, düşünülmüş dövlət strategiyasının tərkib hissəsinə çevrilib. Azərbaycanlılara, Orta Asiya respublikalarından olanlara və ümumiyyətlə, müsəlmanlara qarşı artan zorakılıq halları, polis orqanlarının qəddarlığı və mediada formalaşdırılan neqativ ictimai rəy təsdiqləyir ki, Rusiya təkcə siyasi deyil, eyni zamanda etnik və mədəni səviyyədə təcrid və assimilyasiya siyasəti həyata keçirir.

Bu prosesin başında isə yalnız icraedici strukturlar deyil, birbaşa siyasi rəhbərlik – xüsusilə Prezident Vladimir Putinin formalaşdırdığı ideoloji xətt dayanır. Onun hakimiyyəti illərində Rusiyada "özgə” olan hər şeyə qarşı nifrət siyasəti güclənib – etnik mənsubiyyəti fərqli olan, başqa dildə danışan, başqa dinə inanan hər kəs artıq potensial təhdid kimi qəbul olunur.

Rusiyanın Ukraynaya qarşı sərgilədiyi vəhşilik – şəhərlərin raketlərlə yerlə-yeksan edilməsi, mülki əhalinin hədəfə alınması və insanlığa qarşı cinayətlərin açıq şəkildə törədilməsi – digər xalqlara qarşı da hansı davranışın sərgilənəcəyinə güzgü tutur. Əgər Rusiya "bir millət, bir din, bir dil” prinsipi ilə yaşayan, yaxın slavyan xalqa bu qədər qəddar davrana bilirsə, fərqli mədəniyyət və inanc daşıyıcılarına qarşı münasibətinin necə ola biləcəyini təxmin etmək çətin deyil.

Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər. Məhkəməsiz cəzalandırmalar, polis bölmələrində baş verən işgəncələr, qərəzli ittihamlarla həbslər və ictimai linç kampaniyaları artıq adi hadisəyə çevrilib. Bütün bunların fonunda Rus Pravoslav Kilsəsinin susqunluğu və bəzən açıq-aşkar şəkildə bu ideoloji təbliğata dəstək verməsi vəziyyəti daha da ağırlaşdırır.

Yekaterinburqda baş verən son hadisə – azərbaycanlı gənclərə qarşı törədilən fiziki zorakılıq və onların cinayətkar kimi göstərilməsi – artıq fərdi deyil, ümumi tendensiyanın göstəricisidir. Bu, nə sadəcə hüquqi məsələdir, nə də məişət səviyyəli münaqişə. Bu, dövlətin formalaşdırdığı təhlükəli "özgələşdirmə” siyasətinin nəticəsidir.

Hazırda Rusiyada hüquq-mühafizə orqanları faktiki olaraq "etnik süpürgə” alətinə çevrilib. OMON-un və digər strukturların fəaliyyəti "ictimai təhlükəsizlik” adı altında etnik təmizləmə təəssüratı yaradır. İdeoloji müstəvidə isə bunun zəmini hələ 1990-cı illərdə qoyulmuşdu – o zaman "skinhed” dəstələri küçələrdə zorakılıq törədirdi, bu gün isə həmin funksiyanı rəsmi qurumlar icra edir, lakin daha amansız və qanuni don geyindirilmiş şəkildə.

Bu gün Rusiya hüquqi təfəkkür baxımından geriyə – Stalin repressiyaları dövrünə deyil, ondan da arxaik dövrlərə qayıdır. Ən azı Stalinin dövründə hüquqi görüntü saxlanılır, formal da olsa, məhkəmələr qurulurdu. İndi isə yol kənarında döyülmək, heç bir səbəb göstərilmədən saxlanılmaq və işgəncəyə məruz qalmaq adi hal alıb.

Azərbaycan bu siyasətin qurbanı olan ilk ölkələrdən biridir. 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, torpaqlarımızın 30 il işğal altında qalması və Rusiya sülhməramlılarının fəaliyyətsizliyi – bütün bu faktlar Rusiya Federasiyasının tarixən Azərbaycana münasibətində ikili standartlar və zərərli təsirini açıq şəkildə ortaya qoyur.

Bundan əlavə, Rusiya tərəfindən təşkil olunan informasiya müharibələri, kibertəxribatlar, ölkəmizə qarşı hibrid üsullarla aparılan psixoloji basqılar da bu strategiyanın tərkib hissəsidir. Azərbaycan deputatının ölkəyə buraxılmaması kimi təxribatçı addımlar isə Rusiyanın diplomatik protokol qaydalarına da hörmət etmədiyini göstərir.

Biz bu reallıqları yalnız müşahidə etməməli, beynəlxalq ictimaiyyəti də bu məsələdə daha aktiv mövqe sərgiləməyə səsləməliyik. Azərbaycan xalqı tarixən azadlığını və ləyaqətini müdafiə edən xalq olub. Bu gün də eyni prinsipiallıqla haqqımızı müdafiə etməkdən çəkinməməliyik.

Razi Nurullayev, Milli Cəbhə Partiyasının başqanı, Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see232

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see213

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see173

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see133

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see131

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see129

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see127

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see126

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see123

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see123

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see122

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see121

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see119

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see118

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see118

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see117

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see116

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see116

2025 ci ildə ən çox turist qəbul edən ölkələr SİYAHI

12 Avqust 2025 16:02see116

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri