Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Razi Nurullayev: “Bu prosesin başında Putinin ideoloji xətti dayanır”

Razi Nurullayev: “Bu prosesin başında Putinin ideoloji xətti dayanır”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiyada baş verən son hadisələr onu göstərir ki, bu ölkədə milli və dini mənsubiyyətə görə insanlar üzərində sistemli təqib və basqılar artıq təsadüfi deyil, düşünülmüş dövlət strategiyasının tərkib hissəsinə çevrilib. 

Azərbaycanlılara, Orta Asiya respublikalarından olanlara və ümumiyyətlə, müsəlmanlara qarşı artan zorakılıq halları, polis orqanlarının qəddarlığı və mediada formalaşdırılan neqativ ictimai rəy təsdiqləyir ki, Rusiya təkcə siyasi deyil, eyni zamanda etnik və mədəni səviyyədə təcrid və assimilyasiya siyasəti həyata keçirir.

Bu prosesin başında isə yalnız icraedici strukturlar deyil, birbaşa siyasi rəhbərlik – xüsusilə Prezident Vladimir Putinin formalaşdırdığı ideoloji xətt dayanır. Onun hakimiyyəti illərində Rusiyada “özgə” olan hər şeyə qarşı nifrət siyasəti güclənib – etnik mənsubiyyəti fərqli olan, başqa dildə danışan, başqa dinə inanan hər kəs artıq potensial təhdid kimi qəbul olunur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı sərgilədiyi vəhşilik – şəhərlərin raketlərlə yerlə-yeksan edilməsi, mülki əhalinin hədəfə alınması və insanlığa qarşı cinayətlərin açıq şəkildə törədilməsi – digər xalqlara qarşı da hansı davranışın sərgilənəcəyinə güzgü tutur:

“Əgər Rusiya “bir millət, bir din, bir dil” prinsipi ilə yaşayan, yaxın slavyan xalqa bu qədər qəddar davrana bilirsə, fərqli mədəniyyət və inanc daşıyıcılarına qarşı münasibətinin necə ola biləcəyini təxmin etmək çətin deyil.

Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər. Məhkəməsiz cəzalandırmalar, polis bölmələrində baş verən işgəncələr, qərəzli ittihamlarla həbslər və ictimai linç kampaniyaları artıq adi hadisəyə çevrilib. Bütün bunların fonunda Rus Pravoslav Kilsəsinin susqunluğu və bəzən açıq-aşkar şəkildə bu ideoloji təbliğata dəstək verməsi vəziyyəti daha da ağırlaşdırır.

Yekaterinburqda baş verən son hadisə – azərbaycanlı gənclərə qarşı törədilən fiziki zorakılıq və onların cinayətkar kimi göstərilməsi – artıq fərdi deyil, ümumi tendensiyanın göstəricisidir. Bu, nə sadəcə hüquqi məsələdir, nə də məişət səviyyəli münaqişə. Bu, dövlətin formalaşdırdığı təhlükəli “özgələşdirmə” siyasətinin nəticəsidir.

Hazırda Rusiyada hüquq-mühafizə orqanları faktiki olaraq “etnik süpürgə” alətinə çevrilib. OMON-un və digər strukturların fəaliyyəti “ictimai təhlükəsizlik” adı altında etnik təmizləmə təəssüratı yaradır. İdeoloji müstəvidə isə bunun zəmini hələ 1990-cı illərdə qoyulmuşdu – o zaman “skinhed” dəstələri küçələrdə zorakılıq törədirdi, bu gün isə həmin funksiyanı rəsmi qurumlar icra edir, lakin daha amansız və qanuni don geyindirilmiş şəkildə”.

Deputatın fikrincə, bu gün Rusiya hüquqi təfəkkür baxımından geriyə – Stalin repressiyaları dövrünə deyil, ondan da arxaik dövrlərə qayıdır:

“Ən azı Stalinin dövründə hüquqi görüntü saxlanılır, formal da olsa, məhkəmələr qurulurdu. İndi isə yol kənarında döyülmək, heç bir səbəb göstərilmədən saxlanılmaq və işgəncəyə məruz qalmaq adi hal alıb.

Azərbaycan bu siyasətin qurbanı olan ilk ölkələrdən biridir. 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, torpaqlarımızın 30 il işğal altında qalması və Rusiya sülhməramlılarının fəaliyyətsizliyi – bütün bu faktlar Rusiya Federasiyasının tarixən Azərbaycana münasibətində ikili standartlar və zərərli təsirini açıq şəkildə ortaya qoyur.

Bundan əlavə, Rusiya tərəfindən təşkil olunan informasiya müharibələri, kibertəxribatlar, ölkəmizə qarşı hibrid üsullarla aparılan psixoloji basqılar da bu strategiyanın tərkib hissəsidir. Azərbaycan deputatının ölkəyə buraxılmaması kimi təxribatçı addımlar isə Rusiyanın diplomatik protokol qaydalarına da hörmət etmədiyini göstərir.

Biz bu reallıqları yalnız müşahidə etməməli, beynəlxalq ictimaiyyəti də bu məsələdə daha aktiv mövqe sərgiləməyə səsləməliyik. Azərbaycan xalqı tarixən azadlığını və ləyaqətini müdafiə edən xalq olub. Bu gün də eyni prinsipiallıqla haqqımızı müdafiə etməkdən çəkinməməliyik”.

“Cebheinfo.az”

Açar sözlər: Razi Nurullayev Putin Rusiya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri