Icma.az
close
up
RU
Bu provayderlərdən internet alanların nəzərinə Belə aldadırlar

Bu provayderlərdən internet alanların nəzərinə Belə aldadırlar

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əksər provayderlər topdan internet trafiki alaraq daha çox müştəri cəlb etməyə və daha az xərclə müştəri bazasını genişləndirməyə çalışırlar. Bu isə bir sıra problemlərə səbəb olur. Onlar bu vəziyyəti belə izah edirlər: “Bizim 20 min abonentimiz var, onların hamısı eyni anda internetə qoşulmur, buna görə də az trafik alırıq və bu, 20 min müştəriyə xidmət göstərmək üçün kifayət edir”. Provayderlərin aldığı internet həcmi çox hallarda onların müştəri sayına uyğun gəlmir, az xərcləyərək çox qazanmaq istəyirlər. Hazırda təqdim olunan internet paketlərinə əsasən, müştəriyə 100 Mbit/s sürət verilməlidir. Lakin realda bu sürət çox zaman 50 Mbit/s belə olmur”.
Bunu Demokrat.az-a açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib. O bildirib ki, problemin həlli üçün nazirlik provayderlərin işini tənzimləməlidir:
“Problemin həlli ondadır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi provayderlərə nəzarəti gücləndirməlidir. Provayderlərin müştəri sayına uyğun internet alması prosesi ciddi şəkildə tənzimlənməlidir. Bu halda provayderlər məcbur olub tələb olunan sürəti təmin edəcəklər”.
Fərid Kazımov həmçinin qeyd edib ki, kiçik provayder şirkətləri əksər hallarda köhnə, zəif avadanlıqlardan istifadə edirlər və bu, keyfiyyətə təsir edir:
“Bir çox hallarda provayderlərin istifadə etdikləri avadanlıqlar köhnə olur. Bu avadanlıqlar tez sıradan çıxır və yenilənməlidir. Ölkəmizdə böyük provayderlərin belə problemləri yoxdur, lakin adi yaşayış komplekslərində xidmət göstərən onlarla kiçik provayder var. Onlar bir yüngülvari avadanlıq alıb xidmət göstərirlər.
Əvvəllər Azərbaycanda provayderlərin fəaliyyəti lisenziyalaşdırılırdı, son illərdə bu ləğv edilib. Nəticədə, xidmətin keyfiyyəti aşağı düşüb. Əgər bu sahə yenidən dövlət tərəfindən tənzimlənsə, mövcud problemlər aradan qalxar”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 May 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri