Icma.az
close
up
RU
“Bu pul “Qarabağ”dan başqa heç yerə getməyəcək”

“Bu pul “Qarabağ”dan başqa heç yerə getməyəcək”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının V turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Fürsətdən istifadə edib “Zirə”nin bütün kollektivinə, Rəşad Sadıqova, rəhbərliyinə təşəkkür etmək istəyirəm. Avrokuboklarda ölkəmizin reytinqinə nə qədər xallar əlavə etdilər. Bu, Azərbaycan futbolu üçün böyük işdir. Azərbaycanlı olaraq təşəkkür edirəm hər birinə. Futbolçularımı təbrik edirəm, vacib qələbə oldu. Aktiv oyun izlədik. Avropa təcrübəsi çempionat oyununa fayda verdi. Üstünlüyümüz oldu. Hər iki komandaya təşəkkür düşür. Azarkeşlərimizə də təşəkkür edirəm. Bakıdan kənarda olsa da, bizə dəstək oldular. Bir neçə oyunçumuz istirahət edəcək, bəziləri milliyə yollanacaq. 

– Avropa Liqasındakı rəqiblər barədə fikriniz necədir? 

– Tam dəyərləndirməmişəm. Maraqlı formatdı. Pley-offsuz minimum 8 oyun keçirəcəyik. Sonra necə olacaq, onu zaman göstərəcək. Maraqlıdır, 8 fərqli komandaya qarşı oynayacağıq. Azarkeşlər üçün maraqlı olacaq. Bizim üçün isə daha çətin olacaq. Rəqibləri oyundan-oyuna tanıyacağıq. Bu da işimizə mane ola bilər. Təqvim hamı üçün eynidir. Yaxşı komandalar var. Çempionlar Liqası səviyyəsində komandalarla qarşılaşacağıq. Turnir ilk dəfə belə formatda keçirilir. Görək necə olacaq. Çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək.

– “Qarabağ”a UEFA-dan 8,6 milyon avro pul daxil olub. Onu necə xərcləyəcəksiz?

– Pul elə qüvvədir ki, gəlir və həmən gedir. Futbol fəaliyyətinə baxsaq, böyük köməkdir. Amma bu klubun bütün problemlərini həll edir demək deyil. Kənardan daha rahat görünə bilər. Minimum 4 səfərimiz var. Hərəsi nə qədər pul deməkdir. Çarter reysi, oteli, qonaqları var. İlboyu hər gün pul gedir, futbolçular, səfər, qidalanmaq, işçilərin maaşı. Pul köməkdir. Amma ondan daha çox xərclərimiz olur. Rəhbərliyimizi yaxşı tanıyıram. Bu pul “Qarabağ”dan başqa heç yerə getməyəcək. Heç bir narahatlığa səbəb yoxdur.

– Juninyonun performansında eniş var sanki… 

– Ola bilər. Bəzi epizodlarda hansısa diqqətsizlik olur. Amma rəqibləri də nəzərə almaq lazımdır. Ona çox ciddi yanaşırlar. Öz çempionatımızda da, avrokuboklarda da. Hər bir futbolçu ilə danışığımız olur. Futbolçu nə qədər uğurlu il keçirirsə, ona qarşı diqqət çox böyüyür. Bir yolu var, idman formasını daha da yaxşılaşdırmaq. Bunun üzərində mən başda olmaqla, məşqçilərin üzərinə böyük iş düşür. Ələlxüsus da fiziki hazırlıq üzrə məşqçilərin. Digər tərəfdən, bəzən hansısa hədəfə çata bilməyəndə, əldə etməyəndə, bir az istəksizlik olur. Ola bilər ki, son iki oyunda qol vura bilmədi. ÇL-in qrupuna düşmək istəyirdi. Ola bilər ki, bu təsir etdi. Juninyonun potensialı var. Onu daha da yaxşı futbolçu etmək potensialı var. Qarşıda daha yaxşı Juninyo görəcəyik və görməliyik də.

– Avropa Liqasının komandalarından hansı ilə səfərdə, hansı ilə evdə qarşılaşmaq istəyərdiz? Xüsusilə, “Tottenhem” və “Olimpiakos”… 

– Bəlkə, saniyə olaraq beynimə gəlib-gedir ki, evdə oynasaq daha yaxşı olardı. Özüm üçün yox, azarkeşlər üçün. Ulduz futbolçuları canlı görərdilər. Belə oyunlarda təcrübə toplamaq, böyük futbolu hiss etmək faydalıdır. Bu haqda çox da düşünmürəm. Belə olubsa, demək, belə də olmalı idi.

– Yeni transfer Emmanuel Addai qol vurdu. Onun haqda hansı fikirdəsiz?

– Normal dəyərləndirirəm. Rəqibimiz asan komanda deyildi. Addainin ilk oyunu idi. Son 3 ayda ilk oyununa çıxırdı. 80 dəqiqə meydanda oldu. Bundan əvvəl öz komandasında 45 dəqiqə yoldaşlıq görüşündə iştirak etmişdi. Bir matçda da 60 dəqiqə oynamışdı. Fiziki göstəriciləri və komanda oyununa görə razı qaldım.

– Avropa Liqasında rəqibiniz olan “Tottenhem”i canlı izləmək üçün İngiltərəyə gedəcəksiz?

– Fikrimdə var. Biz nə qədər televiziya vasitəsilə izləsək də, canlı görmək başqadı. Oyun sistemini anlayırsan, futbolçuların sürətini, qabiliyyətini canlı görmək əlavə üstünlükdür. “Tottenhem” güclü olsa belə, onları daha da yaxından tanımaq vacibdir. Hər rəqibin oyununa baxmaq fikrindəyəm.

– Vaxtilə, “Qarabağ” “Tottenhem”ə qarşı oynayıb. Həmin “Qarabağ”la indiki arasında hansı fərqlər var?

– Avropa futbolu çox sürətli inkişaf edir. İngiltərə Premyer Liqasına baxsaq, bu gün bir nömrəli liqadır. Həm sürətinə, həm dinamikasına, həm heyətlərinə görə. Ələlxüsus da, ilk 7-8 komanda. “Totenhem”i, “Mançester Yunayted”i, “Arsenal”ı bir-birindən ayırmaq olmaz. Bir klubun 770 milyon avro büdcəsi varsa, çox da bu komanda haqda danışmağa ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki, çox aktiv pressinq edən komandadır. Dəlicəsinə pressinq edirlər. Təcrübəmiz var. Əgər irəli getmək istəyiriksə, onlar da yerində dayanmırlar, bizdən daha çox irəli gedirlər. Bütün struktur, futbolçuların hansı səviyyəyə gəlib çıxması yolunda o qədər işlər gedir ki, orada. Biz hələ çox uzaqlardayıq. Buna baxmayaraq, hər bir halda idmançıyıq, mübarizə aparmaq istəyirik. Təcrübəmizdən istifadə etməyə çalışırıq ki, layiqli oyun göstərək.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 Aprel 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri