Bu futbolçu Qarabağ dan gedir
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
2021-ci ildən "Qarabağ"ın formasını geyinən Marko Veşoviç 3 ölkədən təklif alıb.
Qaynarinfo Sportinfo.az-a istinadən xəbər verir ki, müqaviləsi yayda bitəcək müdafiəçi Polşaya qayıda bilər.
Monteneqrolu legionerlə Yunanıstan və Kipr klubları da yaxından maraqlanır. Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra onunla da vidalaşmaq qərarına gəlib.
Ağdam təmsilçisi artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Monteneqro yığmasının futbolçusuna özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.
Ölkəmizə Polşadan gələn "Legiya"nın sabiq kapitanı bir ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Mart 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















