Icma.az
close
up
RU
“BU, PUTİNIN YENİ DOKTRİNASIDIR” “Rusiya Alma Ata Bəyannaməsini rədd edir”

“BU, PUTİNIN YENİ DOKTRİNASIDIR” “Rusiya Alma Ata Bəyannaməsini rədd edir”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tofiq Zülfüqarov: “Kreml postsovet ölkələri ilə bağlanmış bütün əvvəlki razılaşmaları siyasi təftişə məruz qoyacaq...”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin son bəyanatlarını təhlil edərək bildirib ki, bu çıxışlar təkcə Ukraynaya deyil, postsovet məkanındakı bütün dövlətlərə yönəlmiş yeni konseptual yanaşmanın göstəricisidir. Onun sözlərinə görə, səsləndirilən fikirlər Kremlin gələcək addımlarına dair ideoloji zəminin üzə çıxarılması baxımından diqqətəlayiqdir.

Tofiq Zülfüqarov qeyd edib ki, Medinski həm yüksək vəzifəli dövlət məmuru, həm də ideoloji konturlar müəyyən edən, təşəbbüskar və savadlı fiqur kimi tanınır. Onun adı hətta Rusiyanın gələcək xarici işlər naziri kimi də hallanır. Belə bir fiqurun müharibə dövründə verdiyi mesajlar təsadüfi hesab oluna bilməz.


Zülfüqarovun fikrincə, Medinskinin qalmaqal doğuran bəyanatında ən mühüm məqamlardan biri Rusiya Federasiyasının Ukrayna ilə münasibətlərdə 1991-ci ilin dekabrında qəbul olunmuş Alma-Ata Bəyannaməsinin prinsiplərini rədd etməsidir. O bildirib ki, bu sənəd SSRİ-nin sülh yolu ilə dağılmasını və keçmiş ittifaq respublikalarının beynəlxalq səviyyədə tanınan sərhədlərlə müstəqil dövlətlər kimi qəbul edilməsini təmin edirdi.

Medinskinin bu sənədi şübhə altına alması isə Zülfüqarovun fikrincə, Kremlin digər postsovet ölkələri ilə bağlanmış bütün əvvəlki razılaşmaları siyasi təftişə məruz qoyacağına işarə edir.

Keçmiş nazirin sözlərinə görə, Medinskinin çıxışında Prezident Vladimir Putinin “kim hansı sərhədlərlə SSRİ-yə daxil olubsa, o sərhədlərlə çıxmalıdır” tezisi gələcək siyasətin əsas dayağı kimi təqdim olunur. Bu isə faktiki olaraq bəzi respublikaların – o cümlədən Azərbaycanın, Gürcüstanın və Orta Asiya ölkələrinin – ərazi bütövlüyünə dair fundamental hüquqi əsasları sual altına alır.

Zülfüqarov qeyd edib ki, Kremlin bu yeni doktrinası Rusiya Federasiyasının regiondakı gələcək addımlarını müəyyən edə və “sabitlik və sərhədlərə hörmət” prinsiplərini açıq şəkildə poza bilər.

Tofiq Zülfüqarov əlavə edib ki, Medinskinin çıxışında Azərbaycanın adı birbaşa əsas mövzu kimi çəkilməsə də, “daha balanslaşdırılmış mövqe tutmaq” çağırışları Kremlin açıq şəkildə Bakıdan daha uyğun siyasi xətt gözləntisinin ifadəsidir. Keçmiş nazirin fikrincə, bu, əslində Azərbaycanın da Putinin səsləndirdiyi “SSRİ sərhədlərinə uyğun çıxış” konsepsiyasına uyğunlaşmasına yönəlmiş dolayı çağırışdır.

Zülfüqarovun fikrincə, Rusiya rəsmilərinin bu cür yanaşması Ermənistanın Moskva və Batum müqavilələri çərçivəsindəki 97 min kv.km-lik tarixi sərhədlərinə qayıtmaq iddiasını aktuallaşdıra bilər ki, bu da Cənubi Qafqazda yeni geosiyasi gərginliyin əsasını qoya bilər.

O vurğulayıb ki, istər Ukraynanın, istərsə də digər dövlətlərin ərazi bütövlüyü ilk növbədə həmin ölkələrin və onların xalqlarının məsuliyyətidir. Lakin bu müstəvidə Rusiyanın apardığı ideoloji “məkan genişləndirilməsi” siyasəti yalnız Ukrayna üçün deyil, bütün müstəqil postsovet ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri