Bu qadınlara cinsi əlaqə qadağandır! GİNEKOLOQ AÇIQLADI
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.
Qadınları ən çox maraqlandıran suallardan biri də hamiləlik zamanı cinsi əlaqədə olmağın mümkün olub-olmadığıdır.
Bəs, hamiləlik zamanı cinsi əlaqədə olmağın dölə və ya hamiləliyə zərərləri varmı? Adətən, qadınları hamiləliklərinin ilk dövrlərində vaxtaşırı cinsi əlaqədə olmağı arzulayırlar. Hamiləlik zamanı gərgin vəziyyətdə olan qadının psixoloji durumunun normal olması üçün bu, vacib amillərdən sayılır.
Medicina.az bu mövzu ilə bağlı ginekoloq Mehriban Musayevadan açıqlama alıb.
- Hamiləlik zamanı cinsi əlaqədə olmaq çanaq dibi əzələləri və uşaqlıq üçün yaxşı gimnastikadır. Buna görə də hamilə qadınların sekslə məşğul olmaları onların doğuşa hazırlaşmalarına komək olur.
- Amma bəzi hallarda bu zövqdən imtina etmək tələb olunur. Buna səbəb cinsi əlaqədə olmağın çox zaman hamiləlik üçün təhlükə yaratmasıdır.
- Dölün düşük təhlükəsi olarsa, həmçinin, USM müayinəsi zamanı ciftin aşağıda yerləşdiyi müəyyən edildikdə cinsi əlaqəyə icazə verilmir.
- Hamiləliyin son 3 ayında da cinsi yaxınlıq təhlükəli hesab edilir. Əks halda dölün düşməsi, vaxtından əvvəl doğuş, qarında ağrılar, qanlı axıntı, dölətrafı mayenin axması, ciftin qopması, cinsi sistemdə iltihablaşma, zədələnmə kimi problemlər meydana gələ bilər.
- Hamilə qadınlar mütləq ginekoloqla məsləhətləşməlidirlər. Əgər həkim cinsi əlaqənin hamiləliyə və dölə zərər vuracağını bildirərsə, onda bundan tamamilə imtina etmək məsləhətdir.
Unutmaq olmaz ki, hər bir qadının orqanizmi individualdır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















