Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Naxçıvanın enerji sistemi yenidən qurulur

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Cinsi əlaqə zamanı ağrı (Dispareuniya) Ginekoloq səbəbləri açıqlayır...

Cinsi əlaqə zamanı ağrı (Dispareuniya) Ginekoloq səbəbləri açıqlayır...

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Dispareuniya cinsi əlaqə nəticəsində yaranan, geniş yayılmış simptomlar kompleksidir. O əsasən, sağlamlıq və ümumiyyətlə həyat üçün vacib rol oynayan, cinsi funksiyaya təsir göstərir. Bu anlayış altında müxtəlif xarakterli pozğunluqlar birləşdirilir. Onlar həm kişilərdə, həm də qadınlarda ola bilər, amma, sonuncularda – müqayisə olunmayacaq dərəcədə çox rast gəlinir.

Müxtəlif məlumatlara əsasən, ginekoloqa müraciət edən 18-45 yaşlı qadınların 15-60%-ində bu patologiya daimi və ya epizodik şəkildə, doğuşdan sonrakı dövrdə isə – qadınların təxminən 46%-ində rast gəlinir.

Buna baxmayaraq, ginekoloji stasionarda ixtisaslaşmış həkim yardımına ehtiyac yaranmır. Adətən ev şəraitində həkimlərin məsləhətlərinə əməl etmək kifayət edir. Bəs dispareuniya nədir və onu necə müalicə etməli?

Dispareuniya nədir?

Dispareuniya cinsi aktla əlaqədar genital orqanlar nahiyəsində yaranan ağrı hissidir. O, cinsi oyanma zamanı, cinsi əlaqənin başlanğıcı və gedişində, həmçinin bilavasitə əlaqə bitdikdən sonra əmələ gələ bilər. Qadınlar bu hissləri müxtəlif cür təsvir edir: diskomfort, qaşınma, göynədici, deşici və ya yandırıcı xarakterli yüngül ağrılardan, şiddətli və çox dözülməz ağrılara qədər.

Əksər hallarda pasientlər ağrıların lokalizasiyasını, yəni səthdə (uşaqlıq yolu girişi) və ya dərində olmasını və hansı konkret şərait və pozada yarandığını təsvir edə bilir. Problem həm müxtəlif partnyorlarla, həm də yalnız bir konkret kişi ilə əlaqə zamanı yarana bilər. Bu vəziyyət bir çox qadınlarda seksual xarakterli digər pozğunluqların (cinsi oyanıqlıq və orqazmın olmaması, cinsi meylin azalması və ya tam itməsi və s.) da baş verməsinə səbəb olur və frigidlik termini altında birləşdirilir.

Dispareuniya əlamətlərinin uzun müddət qalması nevrotik və psixoloji pozğunluqlara, depressiyaya səbəb olur. Onlar xoşagəlməz emosional reaksiyalara, şəxsi və intim münasibətlərin pozulmasına və sonda partnyorla ayrılığa və ailənin dağılmasına gətirir. Bu cür nəticələri nəzərə alaraq, xəstəliyin səbəbləri ilə bağlı əsaslı suallar meydana çıxır.

Dispareuniyanın səbəbləri və növləri

Patologiyanın bir çox yaranma səbəbləri var. Eyni zamanda, ağrı və diskomfortun lokalizasiyasından asılı olaraq onun iki forması ayırd olunur:

Səthi – ağrılar adətən uşaqlıq yolu girəcəyində hiss edilir. Dərin – ağrılar uşaqlıq yolunun yuxarı hissələrində, qarnın aşağısında və oma nahiyəsində olur.

Səthi formanın ən çox yayılmış səbəbi vulvar həlqənin ətrafında olan infeksion-iltihabi proses (vulvit və ya vestibulit) və xroniki vulvovaginitdir. Onları mikoplazma, ureaplazma, herpeskandidatrixomonada və digər infeksiyalar törədə bilər. İltihabi proses toxumalarda ödem və hiperhəssaslıqla müşayiət olunur ki, nəticədə onlara yüngül toxunma diskomfort, qaşınma və ağrı törədir.

Yuxarıda sadalananlardan başqa, patoloji vəziyyətin səbəblərinə aiddir:

düz bağırsağın qıcıqlanma sindromu; estrogen azlığı ilə keçən hormonal pozğunluqlar, hansı ki, uşaqlıq yolunun selikli qişasında distrofik dəyişikliklərə və onun quruluğuna gətirir; premenopauza və menopauza dövründə xarici cinsiyyət orqanları nahiyəsində distrofik proseslər; çanaq dibi əzələlərinin yüksək tonusu; vulva əzələlərinin spazmı ilə özünü göstərən vaginizm; adətən o sinir sisteminin vəziyyətilə əlaqədardır, amma, ağrı qıcıqlarının təsirindən də ola bilər; xarici cinsiyyət orqanlarının papillomatozu; qızlıq pərdəsinin fibroz dəyişiklikləri və xarici cinsiyyət üzvlərinin inkişaf qüsurları; cərrahi müdaxilələr, travmatik zədələr, bitişmə və vulvanın elastikliyini azaldan xarici cinsiyyət orqanları nahiyəsinə şüa terapiyası; hamiləlik; çanaq venalarının varikozu; cinsi əlaqədən qabaq lazımi qədər stimulyasiyanın olmaması; bilavasitə cinsi aktla əlaqəsi olmayan vulvodiniya və s. Səthi dispareuniya

Səthi dispareuniya adətən hamiləliyin erkən dövrlərində özbaşına açılış, ikinci yarısında isə – erkən doğuş qorxusundan, eyni zamanda, uşaqlıq yolu və xarici cinsiyyət orqanları nahiyəsindəki ödem səbəbindən yaranan xoşagəlməz hisslərlə əlaqədar olur.

Doğuşdan sonra səthi dispareuniyanın inkişafı, bir qayda olaraq, uşaqlıq yolunun aşağı hissəsinin cırılması və ya tibbi göstərişlər əsasında aparılan epiziotomiya ilə əlaqədardır. Bu zaman, cinsi aktın əvvəlində yaranan diskomfort sinir uclarının zədələnməsi və ya uşaqlıq yolu girəcəyinin çapıqlarla daralması ilə izah olunur.

Bundan başqa, doğuşdan sonrakı dövrdə səthi ağrıların səbəbi cinsi akt zamanı bədənin müəyyən pozisiyaları və hamiləlik dövründə onurğanın bel-oma nahiyəsində osteoxondrozun kəskinləşməsi (onurğa beyninin sinir köklərinin sıxılmasına gətirən) ola bilər.

Dərin dispareuniya

Onun əsas səbəbləri aşağıdakılardır:

endometrioz; kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, həmçinin xroniki salpinqooforit; hamiləlik zamanı çanaq dibi əzələlərinin gərilməsi və sonradan onlarda rigidliyin formalaşması; kiçik çanağın venoz damarlarının genişlənməsi; uşaqlıq mioması; uşaqlığın sallanması və retrofleksiyası (uşaqlığın geriyə əyilməsi); intersisial sistit; iltihabi xəstəliklər, cərrahi əməliyyatlar və şüa terapiyasından sonra kiçik çanaqda yaranan bitişmə xəstəliyi; uşaqlıqdaxili spiral, diafraqmalar, spermisidlərlə kontrasepsiya; seksual pozisiyanın spesifikliyi, kobud friksiya və s.

Digər səbəblərə nisbətən endometrioz zamanı dərin dispareuniya 9 dəfə çox rast gəlinir. Bu halda endometrioid ocaqlarının uşaqlıq yolunun arxa divarında, düz bağırsağın ön divarında, oma-uşaqlıq bağlarında və duqlas sahələrində yerləşməsilə əlaqədardır. Cinsi akt zamanı onlara təzyiq və həmçinin, öz elastikliyini itirmiş uşaqlıqətrafı toxumanın dartılıb gərilməsi xoşagəlməz hisslər törədir.

Xəstəliklərin müasir Beynəlxalq təsnifatına əsasən, səbəbindən asılı olaraq xəstəliyin aşağıdakı formaları ayırd edilir:

Üzvi və ya simptomatik dispareuniya. Qeyri-üzvi və ya psixogen dispareuniya.

Birincisi sidik-cinsiyyət və kiçik çanağın digər orqanlarının patologiyalarının simptomudur. O, iltihabi, atrofik, dishormonal, travmatik və digər üzvi dəyişikliklər nəticəsində inkişaf edir, yəni, faktiki olaraq sadalanan bütün səbəblərdən yaranır.

Xəstəliklərin Beynəlxalq təsnifatına əsasən psixogen dispareuniya seksual pozğunluqlara aid edilir. Bu formanın səbəbi emosional mənşəli amillərdir – qeyri-iradi psixoloji konflikt, həyəcan və həmçinin özünə inamsızlıq hissi, özünəqapanma, fobiyalar, seksual perversiyalar (cinsi oyanıqlığa yalnız əlavə qıcıqlar və ya qeyri-təbii üsullarla çatılır) və s.

Psixogen dispareuniya iki tip seksual disfunksiya nəticəsində rast gəlinir:

I tip və ya şəxsiyyətdaxili, pasientdə əvvəllər baş vermiş neqativ seksual təcrübə, məsələn, zorlama, həyəcan, yalan, ağır doğuş və ya doğuş travması, günahkarlıq hissi və s. ilə xarakterizə olunur. II tip və ya şəxsiyyətlərarası, əsasən hazırkı dövrdə cinsi partnyoru və ya əri ilə aralarında olan neqativ problemlərlə əlaqədardır. Dispareuniyanın psixosomatik forması

Patologiyanın üzvi və psixogen variantlara bölünməsi, müalicəni ginekoloqun, yoxsa seksopatoloqun aparacağını təyin edir. Eyni zamanda, orqanizmin psixosomatikası haqqında müasir biliklərə əsasən, belə yanaşma daha çox mexanikidir. O, patoloji vəziyyətin çoxlu miqdarda kombinəolunmuş variantlarını nəzərə almır, hansında ki, üzvi və psixogen mənşəli faktorlar sıx şəkildə qarışmış olur.

Buna görə də, əksər müəlliflər dispareuniyanın psixogen formasında xüsusi psixosomatik variant ayırd edirlər. Klinik cəhətdən o üzvi formaya daha çox bənzəyir və onun əlamətlərilə özünü büruzə verir. Bu səbəbdən pasientlər ginekoloqun yanında uzun müddət az effektli və ya effekti heç olmayan müalicə alır. Halbuki pasientə ginekoloqla eyni zamanda seksopatoloq və hətta psixonevroloqun birgə konsultasiya və müalicəsi tələb olunur. Bu onunla izah olunur ki, psixosomatik formanın inkişafında stress vəziyyətləri və şəxsi problemlər durur.

Streslər və mənfi emosiyalar çanaq dibi əzələlərini spazma uğradır, bu da seksual yaxınlıq zamanı ağrıya səbəb olur. Öz növbəsində, əzələlərin spazmı və onunla əlaqədar ağrı zamanı toxumalarda qandövranı pozulur. Başlanğıcda belə vəziyyət geriyə dönən və funksional xarakter daşıyır. Lakin, xəstəlik uzun müddət davam etdikdə, stabil patoloji reflektor əlaqə formalaşır.

Toxumalarda mikrosirkulyasiyanın uzunmüddətli pozulması geriyədönməz struktur dəyişikliklərinə gətirir. Nəticədə üzvi dispareuniya yaranır. Beləliklə, uzunmüddətli psixogen pozğunluqlar nəticəsində qüsurlu psixosomatik dövran yaranır ki, bu da cinsiyyət orqanlarında üzvi xarakterli dəyişikliklərin inkişafına səbəb olur.

Xəstəliyin üzvi patologiyaya yönəlmiş standart korreksiya üsullarına tabe olmaması, psixosomatik mexanizmlərin prosesə qoşulmasından xəbər verir.

Belə nəticəyə gəlməyə aşağıdakı kriteriyalar kömək edir:

cinsi əlaqədən sonra ağrı hissinin uzun müddət azalmaması; dispareuniyanın seksual xarakterli digər pozğunluqlara qoşulması; mövcud struktur dəyişikliklərinə uyğun olmayan ağrı sindromu və seksual pozğunluqlar; keçmişdə üzvi transformasiyalara səbəb ola biləcək faktorların olması. Onlara uşaqlıqda emosional kontaktların defisiti, psixoseksual inkişafın ləngiməsi, artıq həyəcanlanma, utancaqlıq, uzun müddət genital nahiyədə ağrı hissinin olması aiddir.

Bu kriteriyalar əsasında aşkar olunan psixosomatik mexanizmlərin olmasını təsdiqləmək üçün, seksopatoloqun konsultasiyası və lazım gəldikdə, müalicə planının onunla birlikdə tərtib olunması lazımdır. doctorramila.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see137

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see129

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see120

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri