Icma.az
close
up
RU
“Bu qalmaqaldan Ukraynaya qarşı istifadə ediləcək” Avropa İttifaqı narahatdır

“Bu qalmaqaldan Ukraynaya qarşı istifadə ediləcək” Avropa İttifaqı narahatdır

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynada baş verən korrupsiya qalmaqalı Kiyevin Qərb ölkələrindən maliyyə dəstəyi almaq səylərini çətinləşdirir.

“AzPolitika” xəbər verir ki, bu barədə "Politico"-da dərc edilən yazıda qeyd edilb.

"Bu, çox uyğun olmayan bir anda, məhz Brüsselin Kiyev üçün əlavə maliyyələşdirmə barədə qərar verməli olduğu bir vaxtda baş verdi. Bu, ukraynalıların Qərb müttəfiqlərini maliyyələşdirməni davam etdirməyə inandırmaq cəhdlərində böyük problemlər yaradır. Və bu, MAGA düşərgəsindəkilər (Prezident Donald Trampı dəstəkləyən Make America Great Again hərəkatı) və Mərkəzi Avropada, məsələn, macarlar kimi, niyə bunu etdiklərini düşünənlər üçün əlavə arqumentlərdir", - Ukrayna hökumətinin adı açıqlanmayan xarici müşaviri nəşrə bildirib.

Avropa İttifaqı Ukraynanın enerji sektorundakı korrupsiya qalmaqalı ilə bağlı narahatlığını ifadə edərək, Ukraynanın düşmənlərinin vəziyyətdən öz məqsədləri üçün istifadə edə biləcəyini qeyd edib. Bu barədə "Politico"ya AB diplomatı məlumat verib. O, Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökumətinə işarə edərək əlavə edib ki, "Ukraynaya qarşı çıxanlar bundan öz xeyrlərinə istifadə etməyə çalışacaqlar".

Eyni zamanda, diplomatın sözlərinə görə, bu epizod yalnız qanunun aliliyinin və korrupsiyaya qarşı mübarizənin Ukraynanın Aİ-yə daxil olması üçün əsas prinsiplər olaraq qaldığını təsdiqləyir. Budapeşt iddia edə bilər ki, bu, fundamental məsələlər üzrə danışıqların ilk klasterinin qarşısını almağa haqq qazandırır, amma əslində vəziyyət tam əksinədir.

Diplomat hesab edir ki, "klasterin açılması bizə Ukraynanın irəliləyişini izləmək üçün vasitələr verərdi".

Nəşr qeyd edir ki, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Varşavada Ukrayna-Aİ İnvestisiya Konfransının açılışı zamanı son qalmaqalla bağlı araşdırmanı müzakirə edəcək. O, araşdırma faktının özünün Ukraynanın korrupsiyaya qarşı mübarizə institutlarının effektivliyini nümayiş etdirdiyini və Kiyevin təcili reaksiyasının "ümidverici əlamət" olduğunu vurğulayacaq.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri