Icma.az
close
up
RU
“Bu qanun simvolik bir yumşalma yarada bilər, amma bununla struktural dəyişiklik baş verəsi deyil”

“Bu qanun simvolik bir yumşalma yarada bilər, amma bununla struktural dəyişiklik baş verəsi deyil”

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Bizimyol.info xəbər verir ki, bu qərar Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.Qanuna əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Bu dəyişiklik Azərbaycan cəmiyyətində ailədaxili rolların bölüşdürülməsi və ataların uşağın erkən inkişafında iştirakı baxımından hansı sosial dəyişikliklərə səbəb ola bilər? Yeni qanun ailədaxili münasibətlərə və gender rollarının yenidən formalaşmasına necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına sosioloq Yusif Nəbiyev bildirib ki, bu dəyişiklik ailə həyatını rahatlaşdırır, amma gender rollarını kökündən dəyişdirmir: “Bu dəyişiklik doğrudan da ailə üçün faydalıdır. Atanın uşağın doğulduğu ilk günlərdə evdə olması övladla emosional bağlanma, anaya psixoloji dəstək və ailədaxili harmoniyanın və xoş auranın qorunması baxımından əhəmiyyətlidir. Lakin sosioloji baxımdan burada köklü bir rol dəyişikliyindən danışmaq tezdir. Bu qanun simvolik bir yumşalma yarada bilər bəlkə, amma bununla struktural dəyişiklik baş verəsi deyil”.

Yusif Nəbiyev

“Gender rolları əsasən mədəni norma və gündəlik praktikalarla formalaşır, qanunvericilik isə bu prosesə kənardan adaptasiya edir. 14 günlük məzuniyyət atanın övlad yetişdirilməsi işində yardım edən tərəf kimi rolunu qısa müddətlik legitimləşdirir, amma onu uşağın daimi qayğıverən fiquruna çevirmir. Nəticədə, o məzuniyyət bitəndən sonra ata hələ də işə gedən, ana isə övladın qayğısına qalan tərəf olaraq qalır. Bu baxımdan, bu dəyişiklik ailə həyatını rahatlaşdırır, amma gender rollarını kökündən dəyişdirmir.

İki həftəlik məzuniyyətlə patriarxal ailə modeli çökə bilməz axı. Bunun üçün yalnız hüquqi mexanizmlər yox, eyni zamanda iş mühitinin elastikliyi, sosial gözləntilərin dəyişməsi və kişiliyin yeni tərifinin formalaşması lazımdır. Təbii ki, əgər biz patriarxal modeldən çıxmaq istəyiriksə. Hərçənd bu özü də birmənalı doğru seçim deyil”, - deyə Yusif Nəbiyev vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Yanvar 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri