Icma.az
close
up
RU
Bununla fəxr edirik, amma bizi öldürə bilər

Bununla fəxr edirik, amma bizi öldürə bilər

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biz əsəbi olmağımızla fəxr edirik. Sakit adamlara "zəif", "süzən", "dişsiz" damğası vururuq. Qışqıranı haqlı, susanı günahkar çıxarırıq. Ağırbaşlı olmaq əzilir, hay-küylə danışan “hörmət” qazanır. Kimin səsi çoxdursa, onun “söz”ü keçir. Bəli, əsəbi olmaqla öyünürük. Guya bu bizi güclü göstərir. Guya bu bizi “adam” edir. Amma bu cəmiyyətin əsəbi adamları 40 yaşında infarktdan ölür.

Əsəb sağlamlığımızı məhv edir. Gecələr yata bilmirik, gündüzlər hamı ilə dava edirik. Bədənimizdə kortizol hormonları həddindən artıq artıb – nəticədə mədə, ürək, beyin sıradan çıxır. Sakit bir çay kimi axmalı olan həyat, fırtınalı dənizə çevrilib. Hər gün içimizdə bir şey ölür – ya səbir, ya ümid, ya da insanlıq.

Hər əsəbi partlayış bir hüceyrəmizi öldürür. Amma biz hələ də fəxr edirik:

“Əsəbiləşdim, yerində otuzdurdum!”
“Sinirləndim, ilişdirdim cavabını!”
"Əsəbiləşəndə heç kim qabağımda dura bilməz!"

Bəli, dayandıra bilməz. Çünki artıq həyat da durmur – birbaşa uçuruma doğru gedir.

Ailə dağılıb? – "Qadın-kişi anlamır, əsəbiləşdim, çıxdım getdim."
Uşaq susqundur? – "Nə olsun, bir-iki şillə vurmuşam, adam olsun!"
İş yoldaşın uzaqlaşdı? – "Qoy başa düşsün kim kimdir!"

İnsanın qürur duyduğun bu davranışların sonu nədir, bilirsinizmi? Tənha yaşlılıq, zəif ürək, boş ev, acı xatirələr və sonsuz peşmanlıq.

Əsəblə böyüyən nəsil sevgiyə yox, qorxuya öyrəşir. Qışqırığınla uşağını tərbiyə etdiyini düşünürsənsə, yanılırsan – sən onda travma yaradırsan. Onun içində qorxu böyüyür, inam yox. Və bir gün o uşaq da sənin kimi əsəbi bir valideynə çevriləcək. Zəncir qırılmayacaq.

Sual verək: əsəb bizə nə verib?

Əvvəla itkilər verib. Sağlamlıq, münasibətlər, nüfuz. Sonra izolyasiya verib. İnsanlar sənə yaxın durmaqdan çəkinir, çünki sən partlamağa hazır bombasan. Nəhayət, gözlənilməz ölüm verib. Bəli, əsəb öldürür. Yavaş-yavaş. Gözə görünmədən. Amma biz hələ də fəxr edirik.

Sakitlik zəiflik deyil. Sakit insan içindəki dağı idarə edə biləndir. Əsəbini udmaq acizlik yox, iradədir. Qəzəbini boğmaq kişinin, qadının, insanın gücüdür.

Bu yazını oxuyan sən – bəlkə də bu dəqiqə əsəbi halındasan. Bəlkə "nə yazıb ki, bu" deyib keçəcəksən. Amma gecənin bir vaxtı, qaranlıq otaqda öz vicdanınla üz-üzə qalsan, bu sətirlər yadına düşəcək.

O vaxt düşün: bu qürurla yaşayırsan, yoxsa qürurla ölürsən?

Miri
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyun 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri