Icma.az
close
up
RU
Bu qədər pulun havaya sovrulmasına etiraz etdi, başına iş açdı!

Bu qədər pulun havaya sovrulmasına etiraz etdi, başına iş açdı!

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir müddətdir ki, "Turan Tovuz"da dəngələr yenidən yerindən oynayıb və pozulmağa başlayıb.
Ehtiram Quliyev komandada işlərin hər mənada qaydasında getdiyini və vəziyyətin gündən-günə yaxşılaşdığını iddia edir, amma təəssüf ki, aldığımız son məlumatlar İdarə Heyətinin sədrinin söylədiklərinin tam əksini deyir.
Burada Səməd Nəsibova münasibət artıq dəyişib. Media-marketinq və idman üzrə direktor vəzifəsini tutan funksionerin səlahiyyətləri kifayət qədər azaldılıb. O, artıq media-marketinq siyasətini idarə etmir. Quliyev bu sahəni tələbəlik dostunun nəzarətindən çıxararaq, Nəsimi Paşayevə tapşırıb. Hörmətli sədr ona məxsus şirkətdə yüksək vəzifə verdiyi Paşayevi "Turan Tovuz"a da gətirib və deyilənə görə, indi bu şəxslə daha çox məsləhətləşir.
"Qəbələ"də zəngin iş təcrübəsi toplamış və media sektorunda böyük hörmət qazanmış Səməd Nəsibov daha onlara bu sahədə lazım deyil. Dəyərli idarəçini sözün həqiqi mənasında prosesdən kənarda saxlayıblar.
Hərçənd Paşayevin ilk addımları klubla AFFA arasında gərginliyi pik həddə çatdırıb. "Şamaxı" ilə matçdan sonra "Turan Tovuz"un yaydığı və Nəsimi bəyin müəllifi olduğu söylənilən bəyanatı nəzərdə tuturuq. Səfər qarşılaşmasının şəffaf şəkildə keçirilməyəcəyi yönündə səsləndirilən "şübhələnirik" açıqlamasına ağır cavab aldılar. İntizam Komitəsi fakt təqdim etməyən əyalət təmsilçisinə 20 min manat cərimə kəsdi. "Turan"dan reaksiya? Hələlik yoxdur və olması da inandırıcı deyil.
Səməd Nəsibovun fəaliyyət dairəsi artıq əsas komanda ilə məhdudlaşır. Mətbuatın yaxın dostu kimi rəğbət toplamış funksionerə indi burada da barmaqarası münasibət göstərilir. Ehtiram Quliyevin onunla Türkiyədə çiyin-çiyinə təhsil aldığı dostunu gözdən çıxarmasını görən Kurban Berdiyev direktoru özündən uzaq tutmağa başlayıb. Baş məşqçi adını çəkdiyimiz idarəçinin fikirlərini dinləməyə belə, lüzum görmür.
Baxmayaraq ki, Səməd Nəsibov "Turan Tovuz"un xeyrinə nəticələnən mühüm işlər görüb. Komanda onun ötən ilin yayında gərgin əməyi sayəsində heyətini qoruyub saxlamağı bacarıb. Müqaviləsi bitən əksər oyunçular sırf ona bəslədikləri ehtirama görə klubda qalmağa razılaşıb, sözləşməsinin müddətini uzadıb. Nəsibov həmçinin həmin vaxt həyata keçirilən yeni transfer çalışmaları ilə necə fərasətli kadr olmasını isbatladı. "Turan Tovuz" hazırda Premyer Liqada avrokuboklara iddiasını davam etdirirsə, klubda hər kəs bilir ki, bu, Səməd bəyin uğurlu seçimlərinin bəhrəsidir.
Qərb təmsilçisi 2025-ci ilə bir neçə transferlə başladı. Yerlilərdən Orxan Əliyev "Kəpəz»dən, Rəhim Sadıxov "Sumqayıt"dan düşərgəyə cəlb olundu. Üzülərək qeyd edək ki, sözügedən hücumçu və yarımmüdafiəçi komandanı gücləndirmədi. Fakt budur ki, Əliyevlə Sadıxov Berdiyevin planlarında önəmli yer tutmur. Halbuki "Turan Tovuz" onlara görə əvvəlki klublarının hər birinə böyük miqdarda təzminat ödəyib. "Kəpəz" 50 min manat kompensasiya alıbsa, "Sumqayığ" 50000 dollar qabağa düşüb. Futbolçuların özlərinə də kifayət qədər iri məbləğdə əməkhaqqı ödənilir. Tovuzda ehtiyat skamyadan nadir hallarda tərpənən Orxanın aylıq maaşı 8000 manatdır. Keçmiş günlərini çıraqla axtaran Rəhimin isə 18 min dollar məvacibı hər ay qatlayıb cibinə qoymasına dair qeyri-rəsmi informasiyalar var.
Bizdəki məlumata görə, Səməd Nəsibov həm Əliyev, həm də Sadıxovun transferinə qarşı çıxıb, onların komandaya faydasının verməyəcəyini bildirib. Direktor öz mövqeyini həm sədrin, həm də baş məşqçinin diqqətinə çatdırıb, mövqeyini əsaslandırıb. Zaman onun haqlı olduğunu göstərdi, amma ki…
Əslində, "Turan Tovuz"da Nəsibova münasibətin dəyişməsi elə həmin vaxta - dekabr-yanvar aylarına təsadüf edir. Bu isə gerçəkdən təsadüfdürmü? Əgər doğrudan da, hörmətli Ehtiram Quliyev kluba cibinin pulunu xərcləyirsə, onun mənafeyini güdən, artıq xərcə düşməsini istəməyən tələəbəlik dostunu niyə özündən bu qədər uzaq tutsun ki? Qəribədir, deyilmi? (Sport.info)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri