Dişi başına iş açdı VİDEO
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zirkon diş düzəltdirmək istəyən qadının başına iş gəlib.
Bakıvaxtı.az xezerxeber.az-a istinadla xəbər verir ki, "TikTok" sosial şəbəkəsində bəyəndiyi səhifə üzərindən klinika ilə əlaqə saxlayan Aytəkin Məmmədova diş texniki ilə görüşüb seçdiyi modelin eynisini sifariş etmək niyyətində olduğunu bildirib.
Aytəkin Məmmədova iddia edir ki, "FeraMed" klinikasınının diş texniki İlqar Davudov onu digər özəl klinikalardan birində çalışan stomatoloq Xalid Məmmədova yönəldib. Beləliklə, ölçü götürülüb, sifariş qəbul olunub. Pasiyentin iddiasına görə, sifarişin hazırlanması üçün ondan stomatoloq yox, diş texniki ödəniş etməsini istəyib:
“Məndən əvvəlcə 500 manat istədilər. Həmin pulu İlqara verdim və mənə söz verdi ki, hər şey ürəyinizcə olacaq, amma hazır olanda əlavə 900 manat da ödəyərsiz. Beləliklə, mən razılaşdım. İki dəfə diş düzəltdilər. Birinci dəfə Xaliq həkimin düzəltiyi diş 3 hissədən ibarət oldu, amma o damağıma oturmadı. Yenidən ölçdülər və ikinci də alınmadı. İndi nə pulumu verirlər, nə də dişimi düzəldirlər".
Aytəkin Məmmədovanın iddialarına aydınlıq gətimək məqsədilə stomatoloq Xalid Məmmədovla əlaqə saxlanılıb. O qeyd edib ki, pasiyent onun yanına gələndə digər klinkada bütün tibbi prosedurları keçdiyindən, yalnız ölçü götürüb və bunun üçün heç bir ödəniş almayıb.
İddialarda adı hallanan diş texniki İlqar Davudov isə məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət edəcəyini qeyd edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 30 Oktyabr 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















