Bu qidalara hərisliyin səbəbi: Onlarsız depressiya yarana bilər
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Əgər insan birdən-birə pomidor suyu, qırmızı bibər və ya biftek (əsasən mal ətindən hazırlanan, nazik və düz kəsilmiş bir ət parçası) arzulayırsa, bu, sadəcə qidalanmaq istəyi, qastronomik hərislik deyil, qida maddələrinin və ya həyati enerjinin çatışmazlığından xəbər verir.
Bunu "Abzats"a diyetoloq Yelena Solomatina bildirib.
Mütəxəssisin fikrincə, qırmızı tərəvəz və ya meyvələrə (pomidor, bibər, çiyələk) həvəs likopen və karotenoidlərə ehtiyac olduğunu göstərə bilər. Bu antioksidanlar iltihabla mübarizə aparmağa, dərinin vəziyyətini yaxşılaşdırmağa, ultrabənövşəyi şüalardan qorumağa və qan dövranını yaxşılaşdırmağa kömək edir.
"Pomidor şirəsi qan dövranını yaxşılaşdırır. Bu, maddələr mübadiləsinin yaxşılaşması və əsas komponentlərin hüceyrələrə çatdırılması ilə bağlıdır", - Solomatina deyib.
Əgər qırmızı ət və ya qaraciyərə can atırsınızsa, bunun səbəbi dəmir, B vitaminləri və ya sink çatışmazlığıdır. Belə istəklər tez-tez yorğunluq, oksigen çatışmazlığı, xəstəlikdən sonra vegetarianlarda və hamilə qadınlarda baş verir.
"B vitaminləri reaksiya sürətinə və stressə normal reaksiyaya cavabdehdir. Onlarsız depressiya yarana bilər", - diyetoloq əlavə edib. (Publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Yanvar 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















