Icma.az
close
up
RU
Bu qidaları çox yeməyin Sızanaq yaradır

Bu qidaları çox yeməyin Sızanaq yaradır

Sızanaq hər yaşda olan insanlarda yaranan dəri problemidir.

Buna isə çox zaman qəbul etdiyimiz qidalar səbəb olur. Ailem.az dəridə sızanaq yaradan qidalar barədə məlumat verir.

Süd, müəyyən miqdarda istifadə edildikdə heç bir ziyanı olmayan qida olsa da, çox qəbul edilməsi sızanaqların artmasına səbəb olur.

Sızanağa səbəb olan qidalar arasında tərkibində Omega-3 və Omega-6 yağı olan məhsullar da yer alır. Bura dəniz məhsulları, balıq yağı, kətan toxumu və sair daxildir.

Şokolad kimi yüksək şəkər tərkibli məhsullar də dəridə sızanaq yaranmasına səbəb olur.

Bədəninizdə mütəmadi olaraq sızanaqlar çıxırsa, azaltmanız lazım olan məhsullar arasında fındıq, fıstıq, günəbaxan tumu, badam kimi çərəzlər də var.

Saglamolun.Az


seeBaxış sayı:45
embedMənbə:https://saglamolun.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri