Icma.az
close
up
RU
Şokolad sızanaq yaradır?

Şokolad sızanaq yaradır?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Şokoladın sızanaq yaratdığına dair iddialar tez-tez səsləndirilir.

Bəs bu nə dərəcədə doğrudur, yoxsa sadəcə valideynlərin şirniyyat istəyən uşaqlara dediyi bir bəhanədir?

Milli.Az xəbər verir ki, türkiyəli dermatoloq Dr. Zeynəb Laftahın sözlərinə əsasən, klinikaya müraciət edən xəstələrin böyük əksəriyyəti sızanaqlarını azaltmaq üçün hansı qidaları rasiondan çıxarmalı olduqlarını soruşur. Şokolad isə ən çox maraq doğuran məhsullardan biridir.

Həkim qeyd edib ki, sızanaqların yaranmasında əsas rol genetik meyilliliyə məxsusdur. Bununla belə, bəzi qidalar orqanizmdə iltihabı artıraraq vəziyyəti ağırlaşdıra bilər. Xüsusilə süd məhsulları kimi bəzi qidaların bəzi insanlarda güclü reaksiya yaratdığı və bunun allergiya ilə bağlı ola biləcəyi vurğulanır.

Mövzu ilə bağlı aparılan araşdırmalar isə hələ də qəti nəticə ortaya qoymayıb. Məsələn, 2011-ci ildə keçirilən kiçik miqyaslı bir tədqiqatda 100% tünd şokoladın sızanaqları artırdığı müşahidə edilsə də, araşdırma cəmi 10 nəfər üzərində aparılıb və nəzarət qrupu olmayıb.

Sızanaqla qidalanma arasındakı əlaqə əsasən qidaların qlisemik indeksi ilə izah edilir. Yüksək qlisemik indeksə malik qidalar qanda şəkəri sürətlə artırır, bu isə insulin səviyyəsinin yüksəlməsinə, nəticədə iltihabın artmasına və dəri yağlanmasının çoxalmasına səbəb olur. Bu proses məsamələrin tıxanmasına və sızanaqların yaranmasına gətirib çıxarır.

Bununla belə, şokoladın qlisemik indeksi aşağıdan orta səviyyəyə qədər dəyişir. Lakin yüksək şəkər və yağ tərkibli şokoladların sızanağa təsir ehtimalı daha yüksək hesab olunur. Tünd şokolad isə nisbətən daha az şəkər ehtiva etdiyi üçün daha az riskli sayılır.

Bildirilir ki, sızanaqlarla mübarizədə qidalanma tək faktor deyil və hər bir insanın orqanizmi qidalara fərqli reaksiya verə bilər. Buna görə də problemin səbəbini müəyyən etmək üçün fərdi yanaşma vacibdir.

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Mart 2026 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri