Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

“Bu raketlər müharibənin taleyini dəyişəcək “möcüzə silah” hesab edilmir”

“Bu raketlər müharibənin taleyini dəyişəcək “möcüzə silah” hesab edilmir”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Rusiya-Ukrayna müharibəsində yeni və daha təhlükəli mərhələnin başladığı ilə bağlı iddialar gündəmdədir. Son günlər Rusiya ordusunun Kiyevə qarşı hipersəs ballistik raketlərdən istifadə etməsi həm Ukrayna, həm də Qərb paytaxtlarında ciddi narahatlıq yaradıb. Ukrayna tərəfi bunu müharibənin yeni mərhələsi adlandırır, Avropa liderləri isə “kritik eskalasiya” kimi qiymətləndirirlər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı deyib.

A.Şuşalı qeyd edib ki, müasir müharibələrin ən təhlükəli silahlarından hesab olunan hipersəs raketləri səs sürətindən ən azı beş dəfə artıq sürətlə hərəkət edir: “Bu raketlərin əsas üstünlüyü onların həm yüksək sürəti, həm də trayektoriyasını dəyişə bilməsidir. Bu isə hava hücumundan müdafiə sistemlərinin onları vurmasını xeyli çətinləşdirir. Rusiya daha əvvəl də “Kinjal” tipli hipersəs raketlərindən istifadə etdiyini açıqlasa da, son hücumların miqyası və intensivliyi beynəlxalq diqqəti yenidən bu silahlara yönəldib. Kiyev üzərinə təşkil edilən son zərbələr zamanı enerji infrastrukturu, hərbi obyektlər və sənaye müəssisələrinin hədəf alındığı bildirilir. Ukrayna rəsmiləri hesab edir ki, Moskva bununla həm psixoloji təzyiq yaratmağa, həm də Qərbə mesaj verməyə çalışır. Çünki hipersəs raketləri yalnız hərbi deyil, strateji və siyasi təsir vasitəsi kimi də qiymətləndirilir”.

Ekspertin sözlərinə görə, bu raketlər döyüş meydanında müəyyən taktiki üstünlüklər yaratsa da, müharibənin taleyini təkbaşına dəyişəcək “möcüzə silah” hesab edilmir: “Çünki genişmiqyaslı müharibələrdə nəticəni yalnız bir silah sistemi deyil, iqtisadi resurslar, canlı qüvvə, logistika və beynəlxalq dəstək müəyyən edir. Bununla belə, hipersəs raketlərinin istifadəsi münaqişənin daha da sərtləşdiyini göstərir. Xüsusilə də Ukraynanın hava hücumundan müdafiə imkanlarını yükləmək və strateji obyektlərə daha sürətli zərbələr endirmək baxımından bu silahlar ciddi təhlükə hesab olunur. Qarşıdakı dövrdə həm Rusiya, həm də Qərb ölkələri hava müdafiə sistemlərinin modernləşdirilməsinə daha çox diqqət ayıracaq. Çünki hipersəs texnologiyası artıq gələcəyin deyil, bu günün müharibə reallığına çevrilib”.

O eləcə də bildirib ki, bu silahlar cəbhədə müəyyən üstünlük yaratsa da, müharibənin yekun taleyini yenə də siyasi qərarlar, iqtisadi imkanlar və beynəlxalq dəstək müəyyən edəcək: “Beləliklə, hipersəs raketlərinin istifadəsi Rusiya-Ukrayna müharibəsində təhlükə səviyyəsini artırsa da, hələlik müharibənin ümumi balansını tam dəyişdirəcək faktor deyil. Mövzu diqqət mərkəzində qalmaqda davam edir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 May 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri