Icma.az
close
up
RU
Bu rayonlarda ehsan LƏĞV olunub SİYAHI

Bu rayonlarda ehsan LƏĞV olunub SİYAHI

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda yas mərasimlərinin təşkili, xüsusilə dəbdəbəli ehsan süfrələrinin açılması uzun illərdir cəmiyyətdə ən çox müzakirə mövzulardan biridir. Son dövrlərdə isə ölkənin müxtəlif bölgələrində israfçılığın qarşısını almaq və yas sahibinin maddi yükünü azaltmaq məqsədilə kütləvi ehsan süfrələrinin ləğv edilməsi geniş yayılıb.
Bizim.Media Metbuat.az-a istinadən xəbər verir ki, son illər yas çadırlarının sanki bir rəqabət meydanına çevrilməsi cəmiyyətdə ciddi narazılıq doğururdu.
Bu problemin həlli üçün artıq regional səviyyədə qətiyyətli addımlar atılır və bir çox rayonlarımızda dəbdəbəli ehsan süfrələri tarixə qovuşur.
Azərbaycanda ehsan məsələsində ən dayanıqlı nümunəni Naxçıvan Muxtar Respublikası nümayiş etdirir. Naxçıvanda hələ illər öncə tətbiq edilən daxili qaydalara əsasən, yas mərasimlərində kütləvi yemək verilməsi ənənəsi tamamilə aradan qaldırılıb. İnzibati və sosial dəyişikliklərdən asılı olmayaraq, bölgə əhalisi bu gün də həmin qaydalara ciddi şəkildə riayət edir; yas yerlərində insanlara sadəcə çay və çayın yanında xurma, halva təklif olunur.
 

Naxçıvanın uğurlu təcrübəsi və cəmiyyətdən gələn kütləvi çağırışlar son illərdə respublikanın digər bölgələrini də hərəkətə gətirib. Yerli daxili qərarlar, rayon ağsaqqalları, din xadimləri və icma nümayəndələrinin ortaq rəyi ilə dəbdəbəli ehsan süfrələrindən imtina edən rayonların sayı sürətlə artır.


Son dövrlərdə bu qərarı rəsmən elan edən və ya ciddi şəkildə icra edən rayonlar bunlardır:
Quba rayonu: Rayon ziyalıları, din xadimləri, qazilər və ağsaqqalların iştirakı ilə keçirilən iclasda qubalılar yas məclislərini yalnız çay süfrəsi ilə təşkil etmək barədə ortaq qərar qəbul ediblər.
Qax rayonu: Rayon mərkəzini və bütün kəndləri əhatə edən xüsusi qərarla yas mərasimlərində yemək süfrələrinin açılması tamamilə dayandırılıb.
İmişli rayonu: Rayon kəndlərində və mərkəzdə din xadimlərinin də dəstəyi ilə təmtəraqlı ehsanlar yığışdırılıb, mərasimlərin yalnız çay, xurma və halva ilə keçirilməsi ənənəsi formalaşıb.
Sabirabad, Saatlı və Kürdəmir rayonları: Bu aran rayonlarında da yerli icmaların təşəbbüsü ilə ehsan süfrələrində yemək verilməsi dayandırılıb və sadəliyə üstünlük verilməyə başlanıb.
Sumqayıt şəhəri: Böyük sənaye şəhərlərindən olan Sumqayıtda da israfçılığın qarşısını almaq məqsədilə dəbdəbəli ehsan məclislərinin çay süfrəsi ilə əvəzlənməsi prosesinə başlanılıb. Amma şəhərdəki mərasim evlərində dədbdəbəli yas məclislərinin təşkil edilməsi hallarına da rast gəlinir.
 

Bunlardan əlavə, Şamaxı, İsmayıllı, Oğuz, Ağsu, Biləsuvar, Samux və Balakən rayonlarının bir çox kənd və qəsəbələrində yerli rəhbərlik, bələdiyyələr və kənd ağsaqqalları sakinlərə bu barədə ciddi tövsiyələr verirlər.


Bir çox ərazilərdə bu tövsiyələr artıq yazılmamış qanun statusu alıb. Yas sahibinə maddi ziyan vurmamaq üçün kənd nümayəndələri və din xadimləri əvvəlcədən ailə ilə danışaraq süfrəyə yalnız çay qoyulmasını təmin edirlər. Bu müsbət tendensiyanın yaxın gələcəkdə digər böyük şəhərləri və paytaxtı da əhatə edəcəyi gözlənilir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see239

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see232

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see225

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see222

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see222

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see220

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see218

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see218

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see212

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see200

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see196

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see194

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see194

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see191

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see185

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see184

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see184

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see181

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see178

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri