“Bu rekord nəticə ölkəmizə aid göstəricilərin yaxşılaşmasına təsir edəcək
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
“2024-cü ildə alimlərimiz tərəfindən nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə artıb”.
Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib.
Nazir qeyd edib ki, məqalələrin 61 faizi Q1 və Q2 kvartilli jurnallarda dərc olunub, üçdə ikisi isə beynəlxalq əməkdaşlıq çərçivəsində yazılıb:
“Bu rekord nəticə gələcək illərdə həm ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yüksəlməsinə, həm də digər qlobal hesabatlarda ölkəmizə aid göstəricilərin yaxşılaşmasına təsir edəcək. Qeyd edim ki, məlumatlar dünyanın aparıcı iki elmi nəşrlər bazasından biri olan “Scopus”dan götürülüb”.


Bu komanda ölkəmizə tarixi nəticə ilə gəlir VİDEO
21 Mart 2025 09:44
COP29da ölkəmizə turist axını vətəndaşın sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək ŞƏRH AZƏRTAC
04 Noyabr 2024 17:29
Bu klublar ölkəmizə təşrif buyuracaq
13 Noyabr 2024 19:12
Bu tarixdə ölkəmizə bahar GƏLİR
14 Mart 2025 17:11
Yaz fəsli ölkəmizə bu tarixdə gəlir
14 Mart 2025 16:59

