Icma.az
close
up
RU
Bu rəqibi keçəcəklərinə əminəm, amma... Aslan Kərimov

Bu rəqibi keçəcəklərinə əminəm, amma... Aslan Kərimov

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya "Sele"sinin öhdəsindən gələ bilməyən "Sabah" (2:3, 3:3) dünən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçına çıxdı. Səfərdə Moldova "Petrokub"unu 2:0 hesabı ilə yenən "bayquşlar" növbəti mərhələ yolunda inamlı addım atdılar. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Səfərdə 2:0 hesablı qələbə çox yaxşı nəticədir. "Sabah" demək olar ki, 70 faiz işinin öhdəsindən gəlib. Bu rəqibi keçəcəklərinə əminəm, amma matçı təhlil etsək, təmsilçimizin ideal oyun sərgiləmədiyini görərik. Birinci hissədə meydan sahibləri bizimkilərin əks-hücumlarının qarşısını kəsməyi bacarırdılar. Yəni təmsilçimizin ən güclü tərəflərindən birindən istifadə etməsinə imkan vermirdilər. Həm də o qədər də dominant çıxışla yadda qalmadıq. Düzdür, rəqib də fasiləyə qədər "Sabah" kimi 100 faizli qol imkanları yaratmadı, lakin "Sabah"ın sürətli cinah hücumçularının planları həyata keçirməsinə mane oldular. "Petrokub" 5-3-2 düzümü ilə oynayrdı. Beş müdafiəçi ilə mübarizə apardıqlarına görə boş zona tapa bilmirdik. Meydan sahibləri dominant futbola üstünlük versəydi, cinah müdafiəçiləri tez-tez irəli çıxsaydılar, təbii ki, boşluqlar da olardı. 

Təmsilçimizin futbolçularının keyfiyyəti rəqib komandanın oyunçularınınkından daha üstün idi. Bu cümləni başqa şəkildə desək, "Petrokub"un qapıçısı 2:0 hesabının qeydə alınmasına "töhfə verdi". Rəqib bizim üstümüzə böyük qüvvə ilə gəldiyi zaman uzun topdan sonra Pavol Şafrankonun cinahdan təkbətək çıxdığını gördük. Həmin epizodda qapıçının bu qədər önə çıxması kobud səhv idi. Əslində, qolkiper mövqeyini tərk etməməli idi, çünki digər mərkəz müdafiəçisi Şafrankonun önünü kəsə bilərdi. Məlumdur ki, Pavol Cesse Sekidika və ya Coy Lens Mikels qədər sürətli deyil. Slovakiyalı futbolçu təcrübəsinin hesabına çox irəliləmədən topu uzaq küncə göndərərək tora qovuşdurdu. Oyun elə 1:0 hesabı ilə də bitəcəkdi, ancaq qapıçı son dəqiqələrdə yenə bizə hədiyyəsini verdi. Xəyal Əliyevin sonadək oynaması, Şilviu Şmalenyanın növbəti səhvi yekun hesabı müəyyənləşdirdi. Onu da qeyd edim ki, "Sabah"ın bütün futbolçuları sonadək mübarizə apardılar. Evdəki oyun da asan olmayacaq. Amma iki top fərqi ciddi üstünlükdür".

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://fanat.az
archiveBu xəbər 25 İyul 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri