Icma.az
close
up
RU
İslandiyada qol imkanlarımızın olacağına əminəm, amma... Aslan Kərimov

İslandiyada qol imkanlarımızın olacağına əminəm, amma... Aslan Kərimov

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki mübarizəsinə İslandiyada başlayacaq. Bu gün səfərə yollanan yığma sentyabrın 5-də İslandiya millisi ilə üz-üzə gələcək. Tanınmış futbol mütəxəssisi, yığmanın sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin bu tsikldəki ilk qarşılaşmasından nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Etiraf edək ki, qrupda bütün komandalarla oyunlarda favorit rəqiblərdir. Ukrayna, Fransa, İslandiya, fərq etməz, hamısı ilə matçlarda rəqiblərin uğur qazanmaq ehtimalı daha yüksəkdir. Bunu qəbul etmək məcburiyyətindəyik. Bu başqa məsələ ki, müqayisə etsək, İslandiya yığması Ukrayna və Fransa deyil. Yəni bu rəqiblə oyunda xal qazana bilərik və əslində, qazanmalıyıq da. Hərçənd işin dərinliyinə getsək, İslandiya ötən tsikldə zəif təsir bağışlamamışdı. Türkiyəyə çətin anlar yaşatmışdılar. Ev oyununda (Millətlər Liqası çərçivəsində baş tutan bu görüş ötən ilin oktybarında keçirilib və Türkiyənin 4:2 hesablı qələbəsi ilə başa çatıb - red.) Qonaqlar yalnız son dəqiqələrdə vurduqları qolların hesabına (Arda Güler 88-ci, Kerem Aktürkoğlu 90+5-ci dəqiqədə fərqlənib - red.) qələbə qazandılar. Düzdür, rəqibin son oyunlarını izləməmişəm. Amma bütün hallarda, bizim üçün çətin olacaq. İslandiya millisi çox güman ki, 4-4-2 sxemi ilə mübarizə aparacaq. Daha çox bu düzümə üstünlük verir, öndə pressinq tətbiq edirlər. Onlar da Fransa və Ukraynaya qarşı təbii ki, daha çox müdafiədən oynayacaqlar. Hərçənd millimizlə görüşdə oyunun bir qapının qarşısında gedəcəyini düşünmürəm. Biz də hücumlar edəcəyik. İslandiya yığması sürətli keçidlər etməyi çox yaxşı bacaran komandadır. Bizim də ən zəif cəhətlərimizdən biri məhz rəqiblərin sürətli keçidlərinə mane ola bilməməyimizdir. Millimizin son oyunlarını nəzərdən keçirsək, belə olduğuna şahidlik edərik. Bir daha deyirəm, İslandiyada qol imkanlarımızın olacağına əminəm, amma qapımızın toxunulmazlığını təmin edib-etməyəcəyimizi indidən demək çətindir. Qol vurmaq üçün irəli atılarkən müdafiədəki balansı qoruya biləcəyimizə şübhə ilə yanaşıram".

Nihat   
 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri